Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-də Azərbaycan Evinin açılışı olub - Fotolar 

ABŞ-nin Virciniya ştatının Aleksandriya şəhərində Azərbaycan Evinin açılış mərasimi keçirilib...

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Azərbaycan diasporunun, yerli ictimaiyyətin və müxtəlif icmaların nümayəndələrinin iştirak etdiyi mərasimə qırmızı lentin kəsilməsi ilə start verilib. Azərbaycan Assosiasiyasının həmtəsisçisi Sevda Tahirli qonaqları salamlayaraq burada Azərbaycan icmasının səmərəli fəaliyyəti barədə məlumat verib, Azərbaycan Evinin açılışının ABŞ-dəki icmamız üçün böyük bir ərməğan olduğunu dilə gətirib.

Azərbaycan Evinin açılmasını icmanın fəallığının artmasına təsir təsir edən mühüm fakt kimi qiymətləndirən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu əlamətdar hadisə münasibətilə soydaşlarımızı təbrik edib. Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri əsasında həyata keçirilən layihələr barədə məlumat verən komitə sədri bildirib ki, bu günə qədər xarici ölkələrdə açılan Azərbaycan Evləri soydaşlarımızın şəbəkələşməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Azərbaycanın ABŞ-dəki səfirliyinin müvəqqəti işlər vəkili Toğrul Əliyev Azərbaycan Evinin yaradılması münasibətilə soydaşlarımızı təbrik edib, Azərbaycan diasporuna uğurlar arzu edib. Azərbaycan Assosiasiyasının həmtəsisçisi, A-Level şirkətinin rəhbəri Ayan Əliyeva ABŞ-də soydaşlarımızın uğurlu fəaliyyətindən, ölkəmizlə bağlı həqiqətlərin ictimai-siyasi dairələrə çatdırılmasından və Azərbaycan Evi ilə bağlı planlarından danışıb.

Çıxışlarda ana dilinin, tarix və mədəniyyətimizin təbliğinin daha da artırılmasının, gənclərin diaspor fəaliyyətinə cəlb olunmasının önəmi vurğulanıb, Azərbaycan Evinin gələcəkdə bu işə böyük töhfələr verəcəyinə ümid ifadə olunub. Açılış mərasimindən sonra Virciniyadakı Azərbaycan icması ilə görüş keçirilib.

Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayan görüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad olunub.

Fuad Muradov dövlətimizin diaspor siyasəti və komitənin gördüyü işlər barədə məlumat verib. İcma üzvlərinin çıxışlarında ABŞ-dəki Azərbaycan icmasının koordinasiyalı fəaliyyətinin gücləndiyi, təşkilatlanma və şəbəkələşmə proseslərinin sürətləndiyi nəzərə çatdırılıb. Daha sonra diaspor fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş olunub. Görüş diaspor fəaliyyətinin keyfiyyət göstəricilərinin artırılması, informasiya platformalarında fəallıq, diaspor hərəkatının hədəfləri və s. kimi mövzularda qarşılıqlı fikir mübadiləsinin aparılması, icmanın gələcək fəaliyyət prinsiplərinin, perspektivlərinin müzakirəsi və sualların cavablandırlması ilə yekunlaşıb.

Fotolar

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

40 yaşından sonra ana olan məşhurlarımız - Siyahı

Şuşa-Laçın yolunda bulağın ətrafında yaranmış xoşagəlməz vəziyyət aradan qaldırılıb

Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Putin Sergey Butini XİN başçısının birinci müavini təyin edib

Bu insanlar münasibəti idarə etməyi sevirlər - Dominant bürclər

Ən çox oxunanalar