Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Cənubi Afrikanı Rusiyaya silah verməkdə ittiham edir…

Birləşmiş Ştatlar əmindir ki, Cənubi Afrika tərəfsizliyini bəyan etməsinə baxmayaraq Rusiyaya silah tədarük edib…

Poliqon xəbər verir ki, bu barədə CAR-ın News24 nəşri ABŞ-ın Cənubi Afrikadakı səfiri Ruben Briqetiyə istinadən məlumat yayıb.

Nəşr yazır ki, Briqeti ötən il dekabrda yaşanan bir qalmaqalı xatırldıb. O, bildirib ki, dekabrda Cənubi Afrika limanlarından birində Rusiyanın “Lady R” yük gəmisinin görünüb və bu gəmi Rusiyaya silah və sürsat aparıb.

Səfir cümə axşamı jurnalistlərlə görüşündə deyib: “Biz əminik ki, bu gəmi Rusiyaya qayıdarkən Cənubi Afrikadan silah və sürsatla çlxlb”.

Səfirin sözlərinə görə, Rusiya ordusunun silahlandırılması son dərəcə ciddi” məsələdir və və səfir bildirib ki, Vaşinqton Cənubi Afrikanı “qoşulmama siyasətinə” riayət etməyə çağırıb.

Öz növbəsində Cənubi Afrika Respulikasının prezidenti Siril Ramafosa Rusiya silahlarını daşıdığı güman edilən gəmi məsələsinin “tədqiqat mərhələsində” olduğunu bildirib. “Vaxtı gələndə sizə xəbər verəcəyik”, deyə prezident yerli mətbuata bildirib.

Xəbərdə bildirilir ki, ABŞ-ın əvvəllər Rusiya üçün silah daşıdımaqda ittiham etdiyi “Lady R” adlı rus ticarət gəmisi dekabrın əvvəlində Keyptaun yaxınlığındakı limanda görünüb. Yerli KİV-lərin həmin vaxt hadisə şahidlərinə istinadən yazdığına görə, gəmiyə naməlum yük yüklənib və iş əsasən gecə vaxtı aparılıb, gəminin ətrafı isə silahlı şəxslər tərəfindən mühafizə olunub.

Güman edilir ki, ABŞ səfirinin bəyanatı Rusiyanın Ukrayna ilə müharibədə müttəfiqi olmadığını deyən, buna baxmayaraq Moskva ilə birgə dəniz təlimləri keçirən, Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putinə qarşı həbs qərarı ilə bağlı mübahisəli bəyanatlar verən Cənubi Afrika hökumətinə təzyiq xarakterlidir və ABŞ əslində avqust ayında CAR-ın paytaxtı Yohannesburqda keçiriləcək BRİKS liderlərinin sammitində Putinin iştirakını önləməyə çalışır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Slovakiyanın prezidenti güllələnən baş nazirin son durumunu açıqlandı - Yenilənib

Ən çox oxunanalar