Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abdin Fərzəliyev şəhid analarını təbrik etdi - Fotolar

Abşeron rayonunda şəhid anaları, həyat yoldaşları və əmanətləri olan qiz övladları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edilib.

Poliqon.info xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə RİH-nin başçısı Abdin Fərzəliyev, rayonun idarə-təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül çiçəkləri düzmüş, xatirəsini dərin ehtiramla yad ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan qadınının tariximizdə oynadığı əvəzsiz rolundan, ölkəmizin ictimai həyatına və fəaliyyətinə verdikləri töhfələrdən bəhs edən videoçarx nümayiş etdirildikdən sonra çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid analarını, həyat yoldaşlarını və abşeronlu xanımları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
Azərbaycan qadınlarının dövlət idarəçiliyində iştirakının təmin edilməsi məqsədi ilə dövlət səviyyəsində mühüm işlərin görüldüyünü vurğulayan RİH başçısı bildirmişdir ki, gənclərimizin təlim-tərbiyəsində, vətənpərvərlik ruhunda yetişməsində qadınlarımızın böyük əməyi vardır. O qeyd edib ki, bu misilsiz tərbiyənin nəticəsində ölkəmizin qəhrəman oğulları Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir yumruğu” ətrafında sıx birləşərək Vətən Müharibəsində düşmənə ağır zərbə vurmuş və xalqımız şanlı Zəfər qazanmışdır. Qarabağımızı işğaldan azad edən belə qəhrəman övladlar böyütdüklərinə görə bütün xalqımızın onlara sonsuz minnətdar olduğunu vurğulayan Abdin Fərzəliyev şəhidlərimizin heç zaman unudulmayacağını, onların tariximizdə əbədi yaşayacağını bildiriblər.

Sonra Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, şəhid mayor Elşad Həsənovun qızı Aysun Həsənli çıxış edərək Azərbaycan qadınlarını təbrik etmiş, onların tariximizdə oynadığı roldan, cəmiyyətimizin inkişafı üçün həyata keçirdikləri fəaliyyətdən danışmışlar. Vətən Müharibəsi qaziləri Vasif Allahverdiyev və Vidadi Əliyev də xanımları təbrik etmiş, birgə döyüş yolu keçmiş şəhidlərin xatirələrini hər zaman əziz tutduqlarını qeyd ediblər.

Daha sonra rayonun ictimai-siyasi həyatında fəallığı ilə fərqlənən, o cümlədən təhsil, səhiyyə, mədəniyyət və idman sahəsində uğur qazanmış xanımlar Fəxri Fərman ilə mükafatlandırılıblar.

Sonda Vətən Müharibəsi qaziləri tərəfindən şəhid analarına gül dəstələri və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, abşeronlu şəhidlərin qız övladları üçün Heydər Əliyev Mərkəzində şənlik təşkil olunmuş, hədiyyələr təqdim edilərək bayramları təbrik edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Ən çox oxunanalar