Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

7 yaşlı uşaq çayda xəzinə tapdı

Şotlandiyanın Şimali Lanarkşir əyalətinin Bonkl kəndindən olan 7 yaşlı Kempbel But (Campbell Booth) çayda gəzərkən gizli xəzinə aşkar edib...

PİA.az "Ölkə.az"a istinadən bildirir ki, bu barədə məlumatı Daily Mirror qəzeti yayıb.

Qəzetin yazdığına görə, Kempbel atası Qrem (Graeme) və itlə çay kənarında gəzərkən Kalder çayının sahilə yaxın hissəsində sarı parıldayan əşya görüb. 7 yaşlı oğlan gördüyü sarı əşyanın şokolad moneti olduğunu düşünərək onu sudan götürmək qərarına gəlir.

"Götürüb diqqətlə baxdıqda başa düşdüm ki, bu metaldır. Biz oradan qızıl və gümüşdən olan boyunbağı tapdıq", - Kempbel qeyd edib.

7 yaşlı oğlan tapdıqları xəzinənin dəyərini bilməsə də, əşyaların çox ağır olduğunu deyib.

Kempbelin atası Qrem isə bildirib ki, onlar xəzinəni polisə təslim etmək qərarına gəliblər.

"Düşündük ki, bu, kiminsə nənəsinin bəzək əşyaları ola bilər və polisə təqdim edib, qanuni yolla sahibinə qaytarmaq istədik".

Polis isə tapılan əşyaların əvvəllər hər hansı cinayət əməli ilə bağlı olub-olmadığını araşdırır.

pia.az


Etiket: xəzinə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Politoloq: ABŞ tarixi dəyişikliklər astanasındadır...

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Politoloq: Ermənistanda nə olursa olsun, keşiş bu proseslərin lideri olmayacaq...

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Britaniya səfirliyindən Azərbaycan lideri ilə bağlı paylaşım: "Hər şeyin təzəsi, dostun köhnəsi"

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

İcra başçısı 1-ci dərəcəli Vətən müharibəsi əlilini evində ziyarət edib

Husilər Təl-Əvivi vurub, partlayış nəticəsində bir nəfər ölüb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay