Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

3 saylı uşaq evində nöqsanlar aşkarlanıb

3 saylı uşaq evində yeməkxanaya baxış zamanı bəzi ərzaq məhsullarının saxlanma qaydalarına, yataqxana korpusunun bəzi otaqlarında isə təmizliyə riayət edilmədiyi aşkar olunub...

Bu İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 2 və 3 saylı uşaq evlərinə başçəkmələr zamanı müəyyən edilib.

Başçəkmələr zamanı müəssisələrin yataqxana, yeməkxana, tibb, sinif otaqları və digər inzibati otaqlarına baxış keçirilib, uşaqların asudə vaxtının təşkili, qidalanma, içməli su təminatı və sənədləşmə işləri araşdırılıb.

MPQ üzvləri hər iki müəssisənin sakinlərini qəbul edib, rəftar məsələləri və saxlanma şəraiti araşdırılıb. Söhbət aparılan bəzi uşaqlar həmin müəssisələrdə istilik sisteminin işləməsinə baxmayaraq, onlara soyuq olduğunu bildiriblər.

Uşaqlara Ombudsman təsisatı tərəfindən hazırlanmış maarifləndirici bukletlər paylanılıb, hüquqları izah edilib.

Yekunda müəssisələrdə mövcud şəraitin daha da təkmilləşdirilməsi ilə bağlı uşaq evlərinin rəhbərlərinə tövsiyələr verilib.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Politoloq: ABŞ tarixi dəyişikliklər astanasındadır...

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Politoloq: Ermənistanda nə olursa olsun, keşiş bu proseslərin lideri olmayacaq...

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Britaniya səfirliyindən Azərbaycan lideri ilə bağlı paylaşım: "Hər şeyin təzəsi, dostun köhnəsi"

İcra başçısı 1-ci dərəcəli Vətən müharibəsi əlilini evində ziyarət edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay