Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

24 ilin qaboylu repressiyası


Yeniliklər davam edir. Hakim partiyanın adına uyğun olaraq. Dünən müxalifət partiyalarının 20 yanvar qurbanlarını anma mərasiminə əklillə qatılmasına icazə verilməyib. Polis hücum çəkib, gülləri sözün əsl anlamında söküb


Mənası da budur ki, ora ancaq dövlət başçısı əklil qoya bilər. Qalanları rəiyyətdir, özlərinə uyğun davranmalıdır. Yoxsa bunu ayrı cür necə izah eləmək olar? İnsanlara necə demək olar ki, sən anım gününə topa şəklində bağlanmış güllərlə deyil, tək-tək gülləri əlində tutub gəl?!

Deyirlər. Əcəb də eləyirlər. Bizə bu da azdır. Milləti sökən, əklili də sökər. Elə həmin o 20 yanvar kontekstində məsələyə yanaşsaq, hadisədən ötən 24 ildə nə etmişik? Faktiki olaraq heç nə. Hər il qoboy çalmaqdan başqa ortada bir şey yoxdur. “20 yanvar” haqda vətənpərvərlik motivli hər hansı bədii filmə rast gəlmisinizmi? Heykəltəraşlıq, rəssamlıq, musiqi örnəkləri varmı? Demək olar yoxdur. Olanlar da nəinki başqalarına göstərməyə, heç öz üzümüzə çıxartmağa layiq deyil. “Ağla, qərənfil, ağla” - 24 ildir davam edir. Adam təsəvvür edə bilmir ki, həmin faciə günündə Bakı kəndləri sakinlərinin istilikxanasında başqa hansı gül olsaydı onun başına nə oyun açardıq. “Dərədən, təpədən” verilişinin aparıcısı Məmməd Aslan öz “dahiyanə” əsərini “Ağla, qladiolus, ağla” şəklində yaza bilərdimi? Şübhə etmirəm. Biz bundan betər işlər görmüşük.

Girin internetdə axtarış verin, baxın. 20 yanvar haqda ayrıca internet resursunun yoxluğu bir yana, ayrı-ayrı saytlara səpələnmiş materiallar da ziddiyyətlə doludur. 24 il laqqırtı vurmuşuq, ancaq mübarizə tariximizin bu şərəfli səhifəsi haqda normal bir məlumat bazası yaratmamışıq. Ən pisi odur ki, hadisə haqda yazılar tarixi mənbəyə yaraşmayan emosional sözlərlə (“qara yanvar”, “xalqımızın qan yaddaşı”, “şəhidlik zirvəsi”, “and yerimiz” və sairə) doludur.

20 yanvar hadisələrinin adını daşıyan “20 yanvar” metrosu nə kökdədir... Həm içəridən, həm bayırdan biabırçılıqdır. Orda bir abidə də qoyublar, azadlıq və müstəqillik yolunda qurban gedənlərin abidəsindən daha çox elə Metro Tağının vaqonundan çıxmağa çalışan insanların basabasını xatırladır.

Ümumiyyətlə, bilmirəm buna diqqət etmisinizmi: bizdə hər hansı tarixi hadisəyə abidə gərək olanda bir-birinin belinə minmiş, qucaqlaşmış, yıxılanın başından basan adamların toplusu şəklində heykəllər qoyurlar. Bu ənənə hardan gəlir bilmirəm, ancaq indiki halımızı da məncə dəqiq əks etdirir.

Başqa bir misal bizim 20 yanvar hadisələrinə nə dərəcədə layiq həyat yaşadığımızı göstərir. O vaxt - 1990-cı ilin yanvarında sovet rejiminə qarşı mübarizənin önündə gedən rayonlardan biri Lənkəran idi. Ordu ilə silahlı toqquşma da olmuşdu, ölənlər vardı. Hətta 30-a yaxın lənkəranlını ordu helikopterinə doldurub işgəncə altında Həştərxana aparmışdılar, bir nəfər elə havadaca qətlə yetirilmişdi. İndi isə həmin Lənkəranda “yeni azərbaycanlılar” lotuluq eləyir, istənilən ziyalının üzünə durub tutdururlar. Yadigar Sadıqovu 1990-cı ilin yanvarında indiki kimi şərləmək mümkün olardımı? Qətiyyən.

Şəhidlər Xiyabanında fəxri qarovulun dayanmasının vacibliyi haqda bəlkə 20 ildir yazırıq, ancaq vecinə alan yoxdur. Əlbəttə, bu işdə bir yeyinti imkanları olsaydı yapokratlar çoxdan həyata keçirərdilər. Hələ mən hərdən təəccüblənirəm ki, nə üçün bunlar xiyabana alkopon üzlük çəkmirlər, qəbirlərin arasında baobab, evkalipt, kaktus əkmirlər. Dərəyə yuvarlananda axıra qədər dığırlanmaq lazımdır.

Bu yaxında Yadigar Sadıqovun hüquqlarını müdafiə komitəsinin iclasında müsavatçı Arif Hacılı Azərbaycanda siyasi məhbuslar haqda maraqlı sözlər dedi: “10-15 il qabaq biz xaricdə hansısa tədbirdə olanda görürdün kimisə barmaqla göstərirlər, deyirlər bu adam filankəsdir, filan ölkədə vicdan məhbusu olub. İndi isə Azərbaycanda az qala hər evdə keçmiş vicdan məhbusu var”.

Keçən ilin yanvarında üsyana qalxan İsmayıllı camaatına qarşı repressiya davam edir.
20 yanvarda həyatını qurban verənlər Azərbaycanın müstəqil, azad olmasını istəyirdilər. 24 ildir bu istək baş tutmur. Kədərli olsa da həqiqət belədir.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Paytaxt sakinlərindən Şəhriyar Məmmədyarovun qadınlarla bağlı qalmaqal yaradan fikirlərinə reaksiya

Polkovnik-leytenant arvadının kotteclərini satıb ziyanı ödəmək istəyir

Dəhşətli istilər gəlir: Temperatur 43 dərəcəyə yüksələcək

Çingiz Əhmədov Şəhriyar Məmmədyarovu dəstəklədi: "Bütün sahələrdə kişilər öndədirlər"

Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib?

Azərbaycandakı işsizlərin rəsmi sayı açıqlandı

Norveç, İrlandiya və İspaniya Fələstini suveren ölkə kimi tanıyıb

Bakıda türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib

Ağdam sakini Şəkidə ov tüfəngi ilə özünü öldürüb

Ən çox oxunanalar