Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“2075-ci ilədək İslam dünyanın ən böyük dininə çevriləcək”


ABŞ-ın "Pew" araşdırmalar mərkəzinin ("Pew Research Center") hesablamalarına görə, qarşıdan gələn iki onilik ərzində müsəlman ailələrində doğulan uşaqların sayı xristian ailələrində doğulanlardan çox olacaq və beləliklə, 2075-ci ilədək İslam dünyanın ən böyük dininə çevriləcək


Təhlildən bu da görünür ki, dünya əhalisi arasında heç bir dinə aid olmayanların sayı azalmaqda, müsəlman və xristianların sayı isə artmaqda davam edir.

Təhlilçilər bildirirlər ki, dünyanın “cənubunda” əhalinin sürətlə artmaqda davam etdiyi bir vaxtda, Avropada əhalinin qocalması və ölməsi baş verir.

Hesablamalara görə, 2010-2015-ci illərdə bütün dünyada doğulan uşaqların 31 faizi müsəlman valideynlərin payına düşüb. Bu, bütün dünya əhalisində müsəlmanların təşkil etdiyi 24 faizdən xeyli çoxdur.

Eyni müddət ərazində dünyaya gələn uşaqların 33 faizi xristian ailələrdə doğulub. Bu, xristianların dünya əhalisindəki 31 faizlik payından bir qədər artıqdır.

Bu nisbət yaxın gələcəkdə müsəlman millətlərin daha cavan və daha artımlı olmasına görə dəyişəcək. 2030-2035-ci illər arasında dünyaya gələn müsəlman uşaqların sayı (225 milyon), həmin müddətdə doğulan xristian uşaqların sayını (224 milyon) azacıq üstələyəcək.

Lakin bu fərq 2055-2060-cı illər arasında artaraq 6 milyon nəfərə çatacaq (müsəlmanlar 232 milyon, xristianlar 226 milyon).

Bu da qeyd olunur ki, Avropada xristianlar arasında ölüm doğuşları üstələyir. "Pew" bu tempin gələcəkdə də davam edəcəyini bildirir.

İndi dünyanın xristian əhalisi əsasən Afrikada artsa da, bütün dünyada ölümlərin 37 faizi xristianların payına düşür.

Digər maraqlı tapıntı budur ki, heç bir dinə mənsub olmayanlar qlobal əhalinin 16 faizini təşkil etsələr də, dünyaya gələn uşaqların yalnız 10 faizi onların payına düşür.

2015-ci ilin statistik məlumatına görə, ümumi əhalisi 7, 3 milyard nəfər olan planetdə xristianlar 31 faizlə ən böyük dini icma olaraq qalır. Müsəlmanlar 24 faizlə ikinci pilləni tuturlar.

Heç bir dinə aid olmayanlar 16 faiz təşkil edirlər. Dünya əhalisinin 15 faizi hindular, 7 faizi isə buddistlərdir.(azadlıq.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ən çox oxunanalar