Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2023-cü ildə Azərbaycanla Ermənistan arasında sülh olacaq? - Millət vəkilindən şərh

İl ərzində Azərbaycan və Ermənistan arasında aparılan danışıqların dəyərləndirilməsi...

Fazil Mustafa: “Azərbaycanla Ermənistan arasında bu il aparılan danışıqların gələn il üçün regionda sülh əldə etməyə şərait yaratmasını söyləmək çətindir”.

“Ümid etmirəm ki, sülh danışıqlarının yaxın zamanda nəticəsi olsun. Çünki Ermənistanı bu istiqamətdə dəstəkləyən ölkələr Yerevananın sülhə gəlməsində maraqlı deyillər”.

Bu sözləri millət vəkili Fazil Mustafa bu il Azərbaycanla Ermənistan arasında aparılan danışıqları PİA.az-a şərh edərkən qeyd edib.

2022-ci il müxtəlif platformalarda Azərbaycanla Ermənistan arasında sülh danışıqları aparılıb. Hazırda bu danışıqlar dalana dirənsə də, ümumilikdə il ərzində aparılan danışıqları necə dəyərləndirmək olar? Aparılan danışıqlar 2023-cü ildə regionda sülh əldə etmək üçün şanslar yaradıbmı?

Azərbaycan-Ermənistan münasibətlərinin mümkün gələcək istiqamətini PİA.az-ın əməkdaşı millət vəkili Fazil Mustafa ilə müzakirə edib.

Fazil Mustafa: “Ermənistanı dəstəkləyən ölkələr bölgədə müharibə ab-havasının yaşanmasını istəyirlər”.

Azərbaycan tərəfinin sülh təklifini qüvvədə saxlamasını xatırladan millət vəkili PİA.az-a bildirib ki, əgər Ermənistanda hansısa bir şəkildə bir düşüncə dəyişikliyi olarsa, sülhə nail olmaq mümkün olacaq:

Azərbaycanla Ermənistan arasında bu il aparılan danışıqların gələn il üçün regionda sülh əldə etməyə şərait yaratmasını söyləmək çətindir. Çünki Ermənistan sülh danışıqlarından yayınır. Ümid edək ki, 2023-cü ildə Fransanın təsiri Ermənistan üzərində bir az azalar və Yerəvan müəyyən dərəcədə müstəqil siyasət yürüdər. Əgər Ermənistan müstəqil siyasət yürüdə bilsə, Azərbaycanla danışıqlar davam edəcək.

Sülh danışıqlarından Ermənistan imtina etdiyinə görə danışıqların da nəticələri yoxdur. Ümid etmirəm ki, sülh danışıqlarının yaxın zamanda nəticəsi olsun. Çünki Ermənistanı bu istiqamətdə dəstəkləyən ölkələr Yerevananın sülhə gəlməsində maraqlı deyillər. Onlar bölgədə müharibə abu-havasının yaşanmasını istəyirlər.

Azərbaycan tərəfi isə sülh təklifini qüvvədə saxlayır. Əgər Ermənistanda hansısa bir şəkildə bir düşüncə dəyişikliyi olarsa, yəqin ki, sülhə nail olmaq mümkün olacaq. Amma 2023-cü ilin başlanğıcında Ermənistanın sülhə razı olacağına ümid çox azdır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Ən çox oxunanalar