Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

200-dək hüquqşünas hakim olmaq istəyir – MHŞ açıqladı

Cari ilin iyul ayının 25-dən davam edən hakimliyə namizədlərin sənədlərinin qəbulu nəticəsində artıq 200-dək hüquqşünas sənədlərini Hakimlərin Seçki Komitəsinə təqdim edib, yaxud elektron qaydada müraciət edib

Ölkəmizdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində, xüsusilə də dövlət başçısının məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanı ilə əlavə ayrılmüş hakim ştatlarının yüksək hazırlıqlı hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə hakimlərin seçimi üzrə növbəti açıq müsabiqə keçirilir.

PİA.AZ Hakimlərin Seçki Komitəsinə istinadla xəbər verir ki, cari ilin iyul ayının 25-dən davam edən hakimliyə namizədlərin sənədlərinin qəbulu nəticəsində artıq 200-dək hüquqşünas sənədlərini Hakimlərin Seçki Komitəsinə təqdim edib, yaxud elektron qaydada müraciət edib:

“Namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına köməklik məqsədilə imtahan süallarına dair annotasiyanı, habelə imtahan qaydalarını, namizədlərin imtahanla bağlı vəzifələrini və imtahan suallarının nümunələrini özündə əks etdirən “Hakim vəzifəsinə namizədin Yaddaş Kitabçası” hazırlanmış və jlc.gov.az saytında yerləşdirilb.

Mətbuatda məlumat verildiyi kimi namizədlərin seçimində çevikliyin təmin edilməsi, habelə onlar üçün daha şəffaf və əlverişli şəraitin yaradılması məqsədilə müsabiqənin ilkin mərhələsi olan test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən, təxminən 200-250 nəfərlik qruplar üzrə və daha müasir üsulla keçirilərək hər bir namizəd fərdi qaydada, sualları kompüter vasitəsilə cavablandıracaq.

Bununla əlaqədar Hakimlərin Seçki Komitəsi bildirir ki, sənədlərini ilk təqdim etmiş 250 nəfərədək hakimliyə namizədlə test imtahanı cari ilin sentyabr ayının 15-də keçiriləcək, eyni zamanda namizədlərin sənədləri bundan sonra da davamlı olaraq qəbul ediləcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Ən çox oxunanalar