Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

20 Yanvar dəhşətləri sənətçilərin xatirəsində...

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 30 il keçir...

Faiq Ağayev qanlı 20 Yanvar gecəsini xatırlayır: “Sanki dünən gecə olub...”

Xalq artisti Faiq Ağayev 20 Yanvar faciəsi ilə bağlı “Facebook” hesabında xatirələrini bölüşüb.

Oxu.Az xəbər verir ki, sənətçi faciənin baş verdiyi həmin dəhşətli günü belə xatırlayır:

“Mənim 18 yaşım var idi və mən hər şeyi çox gözəl xatırlayıram. Evimiz “Salyan kazarması”nın yanında yerləşirdi. Böyük qardaşımla evdə idim. Havada təhlükə hiss olunurdu ki, qoşunlar şəhərə yeridiləcək. Ancaq inanmırdıq ki, sovet əsgərləri dinc əhalini güllələyəcəklər – axı, onda hamımız sovet xalqı idik.

Əlbəttə, kütlə arasında iğtişaşçılar və təhrikçilər şayiələr yayırdılar ki, “İran sərbazları”, “Türk əsgərləri” gələcəklər və onların tanklarını, hərbi qoşunlarını daşla, ağacla qarşılamaq lazımdır. Bir il sonra isə həmin iğtişaşçılar hakimiyyətə gəldilər və yüksək postları tutdular. Qoşunların öz qanlı yürüşünə başlamasına yarım saat qalmış isə onlar “buxarlandılar”.

Atəş başlandı, insanlar qaçmağa başladılar. Eləcə də, mən və qardaşım... Bu çox dəhşətli idi, çünki bizim nəsil müharibə nədir, bilmirdi. Növbəti gün pəncərəmizə artıq iki tank lüləsi baxırdı... Səhər atamla çörək almağa çıxdıq. “Salyan kazarması”nın yanından “Xəzər” kinoteatrı, “Kaspar” xəstəxanası və “Olimp” mağazasına doğru gedirdik.

Tankın əzdiyi təcili yardım maşınını, asfaltın üzərində qan izlərini gördük...Qar yağırdı və buna görə 20 Yanvar günü baş vermiş bu cinayətin, vəhşiliyin izlərini ayırd etmək qeyri-mümkün idi. Yanlarından keçdiyimiz evlərin, demək olar ki, hamısının şüşələri sındırılmış, divarları güllələrlə deşilmişdi.

Daha sonra dəfnlər başladı... Şayiələr gəzirdi ki, ölənlər o qədər çoxdur, cəsədlərin bir hissəsi Xəzər dənizinə atılıb.

Mənə indi də, illər keçəndən sonra da bu barədə danışmaq çox çətindir. Qorxunc faciə yaddaşlarda yaşayır. Hər şey göz önünə gəlir, sanki bütün bunlar dünən gecə olub...”

Xalq artisti Mələykə Əsədova

“19-dan 20-nə keçən gecə gördüklərim gözlərimin önündən, eşitdiyim səslər isə qulağımdan getmir. Gənclər Teatrında çalışırdım. O zamam yenicə gəlmişdim teatra. Məndə uşaqlıqdan revmatizma xəstəliyi olub. Elə bu səbəbdən dörd nömrəli xəstəxanada müalicə olunurdum. Gecə atışma səslərinin şahidi olduq.

Həmin gecədə yaralanmış insanların xəstəxanaya gəlməsi... O gündən danışanda çox pis oluram. O gecə gənclərimiz şəhid oldular. Anaların ağlaması, qardaşların nalə çəkib qışqırmaları, gənclərin fəryadı qulağımdan getmir. Ağrılı, acılı günlər yaşadıq. İnanın ki, o gecəni yada salıb hər dəfə danışanda kədər içimi boğur”.

Əməkdar artist Ədalət Şükürov

“Faciə baş verən gün, yəni o ərəfərdə Sankt-Peterburq şəhərində yaşayırdım. Elə bir xalq yoxdur ki, onun tarixində faciə olmasın. Təəssüflər olsun ki, azğınlaşmış sovet hərbçiləri Bakı ilə yanaşı, mənim doğulub, boya-başa çatdığım Sumqayıt şəhərinə də təcavüz edib, dinc sakinləri gülləbaran etdilər.

Bunları unutmaq olmaz. Bu, hər birimizin qan yaddaşıdır. Öz torpağımızda özümüzü müdafiə etməyə məcbur qaldıq. 1990-ci ildə baş verən bu ürəkdağlayan hadisələr hər birimizin yaddaşındadır. Dünyada baş verən bütün faciələrə çox həssas yanaşıram.

Çox istərdim ki, Azərbaycan bir daha bu faciələri yaşamasın, şahidi olmasın. Ümumiyyətlə, müharibə olmasın.

Mən hər il olduğu kimi, bu gün də Şəhidlər Xiyabanına gedib 20 Yanvarda şəhid olan bacı-qardaşlarımızın məzarını ziyarət edəcəyəm, ruhlarına dualar oxuyacağam”.

Rəqqasə Fatimə Fətəliyeva

“Bu gecəni ölənə qədər xatırlayacağam. Faciə baş verən 1990-ci ildə mənim 12 yaşım var idi. Anam bizi yatdığımız çarpayın altında gizlətmişdi. Atam isə həmin gün qonşumuz, müğənni Aysel Əlizadənin atası Sahib dayını axtarmağa getdi. Xəbər gəldi ki, Ayselin atasını ayağından ağır yaralanıb.

O gecə bütün Bakı qan içində idi. Dinc Bakı camaatına sovet hərbçiləri divan tutdular. Heç kimin yaşına baxmadılar. Silah səsləri qulağımdan getmir. Həmin gecənin faciəsi bizim yaddaşımızdan heç zaman silinməyəcək. Allah şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!”

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Ən çox oxunanalar