Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

11 il həbs cəzası alan keçmiş prezident Ali Məhkəmənin qərarı ilə azadlığa çıxıb

Qırğızıstanda 11 il müddətinə azadlıqdan məhrum edilən eks-prezident Atambayev haqqında məhkəmə hökmü ləğv edilib...

Qırğızıstanın Ali Məhkəməsi qanuni oğru Əziz Batukayevin həbsdən qanunsuz azad edilməsi işi üzrə əvvəllər 11 il müddətinə azadlıqdan məhrum edilmiş keçmiş prezident Almazbek Atambayevin hökmünü ləğv edib.

Poliqon.info xəbər verir ki, bu barədə Qırğızıstanın AKIpress Agentliyi məlumat yayıb.

Atambayevə qarşı hökmün ləğvi barədə qərar fevralın 13-də qəbul edilib. Qırğızıstanın Ali Məhkəməsi yeni açılmış hallara görə cinayət işinin yenidən başlanması barədə qərar qəbul edib. Hansı işdən söhbət getdiyi barədə isə açıqlama verilməyib. Cinayət materialları birinci instansiya məhkəməsinə, Bişkekin Pervomayski Rayon Məhkəməsinə göndərilib.

Xatırlaadq ki, 2020-ci ilin oktyabrında Qırğızıstanda müxalifətin parlament seçkilərinin rəsmi nəticələri ilə razılaşmaması nəticəsində kütləvi iğtişaşlar baş verib. Etiraz dalğasından sonra Atambayevin tərəfdarları onu həbsdən azad ediblər. Ali Məhkəmə qanuni oğru Əziz Batukayevin qanunsuz azadlığa buraxılması ilə bağlı hökmü ləğv edərək, yenidən məhkəmə baxışına göndərib. Təxminən bir il sonra, 2021-ci ilin oktyabrında bu qərar ləğv edilib. 2022-ci ilin martında Ali Məhkəmə Atambayevin cəzasını qüvvədə saxlayıb.

“İnterfaks”ın Qırğızıstanın məhkəmə orqanlarındakı mənbəsinə istinadən verdiyi məlumata görə, Ali Məhkəmənin qərarı ilə Məhkəmə Kollegiyasının Atambayevə qarşı 12 oktyabr 2021-ci il və 15 mart 2022-ci il tarixli qərarları ləğv edilib. TASS Qırğzıstanın eks-prezidentinin ailəsindəki mənbəyə istinadən xəbər verib ki, Atambayev həbsdən azad edilib.

Qeyd edək ki, Almazbek Atambayev 2011-2017-ci illərdə Qırğızıstanın prezidenti olub. 2019-cu ildə Baş Prokurorluq siyasətçinin bir neçə cinayətdə əli ola biləcəyini bəyan edib. 2019-cu ilin avqustunda keçmiş prezident Çuy vilayətindəki iqamətgahında xüsusi təyinatlılar tərəfindən saxlanılıb. Eks-prezidentin tərəfdarları müqavimət göstərib, nəticədə bir xüsusi təyinatlı həlak olub.

Almazbek Atambayev bir neçə cinayət işində, o cümlədən qətlin təşkilində, adam öldürməyə cəhddə və girov götürmədə şübhəli bilinib. Eks-prezident ona qarşı bütün ittihamları rədd edib və onun təqibini siyasi adlandırıb.

2020-ci ilin iyununda məhkəmə Batukaevin azadlığa buraxılması işi üzrə Atambayevi əmlakı müsadirə olunmaqla 11 il 2 ay müddətinə azadlıqdan məhrum edib. Eyni zamanda, 2022-ci ilin yayında keçmiş prezidentə 2020-ci ilin oktyabrında kütləvi iğtişaşların təşkili, Türkiyə vətəndaşlarına qanunsuz pasportların verilməsi, məktəb tikintisi zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına görə bəraət verilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar