Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

100 dəfədən çox Rusiyanın adamları ilə əlaqə saxlayıblar...

ABŞ prezidenti Donald Tramp və onun yaxın müşavirləri 2016-cı il prezident seçkiləri kampaniyası zamanı və inauqurasiya mərasiminə qədər Rusiya, WikiLeaks nümayəndələri və vasitəçilərlə 100 dəfədən çox təmasda olub

Pia.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzetinin araşdırmasında deyilir.

Qəzet müəyyən edib ki, 2016-cı il prezident seçkilərinin gedişində və keçid dövründə Donald Tramp və onun ən azı 17 nümayəndəsi, müşavirləri rusiyalılarla, Wikileaks saytının nümayəndələri ilə, habelə onların vasitəçiləri ilə təmasda olublar.

Araşdırmada həmin dövrdə KİV-lərdə gedən xəbərlərə, Konqresə təqdim olunan sənədlərə və xüsusi prokuror Robert Müllerin FTB-də apardığı təhqiqatla bağlı məhkəmə sənədlərinə istinad olunur.

Sadalanan təmaslar arasında 100-dən çox şəxsi görüşlər, telefon zəngləri, sms-lər, elektron yazışmalar və tvitter-də yazışmalar yer alır.

Qəzetin yazdığına görə Trampın özü ilə həmin dövrdə bir neçə dəfə rusiyalı milyarder Araz Ağalarov və oğlu Emin Ağalarov da əlaqə saxlayıb. Habelə həmin biznesmenlər 2016-cı ilin iyununda Nyu-Yorkdakı Trump Tower-də rusiyalı vəkil Natalya Veselnitskayanın Trampın oğlu ilə görüşünü təşkil edib. Həmin görüş Hillari Klinton barədə kompromatların ötürülməsi üçün təşkil olunmuşdu.

Bildirilir ki, söhbət Trampın altı şəxsi təmasından, onun keçmiş vəkili Maykl Koenin ən azı 17 təmasından, Donald Trampın oğlu kiçik-Donaldın azı 17 təmasından, Trampın seçki kampaniyasının müşaviri Corc Papadopulosun azı 12 təmasından, prezidentin seçki kampaniyasının rəhbəri Pol Manafortun 6 təmasından, eks milli təhlükəsizlik müşaviri Maykl Flinnin azı 5 təmasından və Trampın keçmiş müşaviri Rocer Stounun azı 18 təmasından gedir.

Xatırladaq ki, xüsusi prokuror Robert Müllerin komandası artıq Tramp-Rusiya gizli işbirliyi təhqiqatında xeyli irəli gedib və Trampın böyür-başındakı adamların bir çoxuna ittiham irəli sürüb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Ən çox oxunanalar