Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Təhsildə gedən dəyişikliklər yalnız forma və təşkilatı məsələləri əhatə etmir"

"Təhsildə baş verən dəyişikliklər yalnız forma və təşkilatı məsələləri əhatə etmir, eyni zamanda məzmun və şagirdlərin əldə etdikləri bacarıqların təkmilləşdirilməsinə yönəlib"

Bunu təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, son 5 il ərzində təhsilin bütün sahələrində əsaslı nailiyyətlər əldə edilib: "Təhsil ölkənin bütün əhalisi üçün əhatəliliyi, genişliyi, əl çatanlığı baxımından böyük əhəmiyyət kəsb edir. 11 ildir tədbiq olunan kurikulum əsasında şagirdlərə aşılanması vacib olan amillər arasında maliyyə savadlılığı da önəm kəsb edən istiqamətlərdəndir".

Nazir müavini qeyd edib ki, məktəblərdə tədris olunan Həyat bilgisi fənnində şagirdlər məhz bu yöndə müvafiq bilik və bacarıqlara yiyələnirlər: "Bu gün dövlət və özəl sektor arasındakı əməkdaşlıq nəticəsində XXI əsrin bacarıqlarına yönələn müxtəlif layihələrin tədbiqi Təhsil Nazirliyinin qarşısında duran prioritet istiqamətlərdəndir. Bu istiqamətdə müxtəlif miqyaslı maliyyə savadlılığının artırılması ilə bağlı layihələr həyata keçirilir".

Adıçəkilən layihənin məktəbyaşlı uşaqlar arasındakı keçirilməsinin əhəmiyyətinə toxunan M.Vəliyeva bildirib ki, ilkin yaşda uşaqlarda maliyyə savadlılığı və sahibkarlıqla bağlı müvafiq bacarıqların formalaşdırılması onların gələcək həyatlarında, iqtisadi cəhətdən özlərinin təminatında mühüm rol oynayacaq: "Ona görə də bu qəbildən olan layihələrin gələcəkdə də tədbiqi nazirliyin marağındadır. Layihə tək Bakıda deyil regionlarda da tədbiq olunacaq. Nəticədə nazirliklə özəl təşkilatlar arasında bu istiqamətdə işin uzun olacağından xəbər verir".(report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Ən çox oxunanalar