Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Sual verdilər ki, intihar edən uşaq niyə üç dəfə məktəb dəyişib?"

"Boşanma zamanı ağsaqqallar üzə çıxmır"

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Beynəlxalq Ailə günü”nə həsr edilmiş “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda deyib.

O bildirib ki, Azərbaycan xalqının gözəl adət-ənənələri var: "Elçiliyə gedəndə ağsaqqalları-ağbirçəkləri aparırlar. Onların sözlərinə önəm verilir. Amma boşanma zamanı onların heç biri üzə çıxmır. Axı bu, düzgün deyil. Axı həmin ağsaqqal, ağbirçək o evliliyə, o qıza görə məsuliyyət daşıyır. Yeni qurulan ailələrdə problem yaşandıqda onlar müdaxilə edib barışdırmağa çalışmalıdırlar. Buna görə də ağsaqqallıq institutu öz fəaliyyətini genişləndirməlidir".

O qeyd edib ki, məktəblərin, sosial işçilərin uşağa çox böyük təsiri olmalıdır, amma valideyn də məsuliyyətdən yayınmamalıdır: "O uşağın intiharı ilə bağlı bir nəfər sual verdi ki, niyə məktəbini 3 dəfə dəyişib? Valideynlər uşaqlarla maraqlanmalı, onlarla müntəzəm şəkildə söhbət etməlidirlər. Bəli, problemlər çoxdur, amma deyim ki, Azərbaycanın ailə modeli dünyanın bir çox ölkəsinə nümunə ola bilər".(ONA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Baş nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Yenilənib

Paytaxt sakinlərindən Şəhriyar Məmmədyarovun qadınlarla bağlı qalmaqal yaradan fikirlərinə reaksiya

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub

Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib?

Çingiz Əhmədov Şəhriyar Məmmədyarovu dəstəklədi: "Bütün sahələrdə kişilər öndədirlər"

Dəhşətli istilər gəlir: Temperatur 43 dərəcəyə yüksələcək

Polkovnik-leytenant arvadının kotteclərini satıb ziyanı ödəmək istəyir

Bakının əsas prospektlərindən biri təmirə bağlanır

Daxili Qoşunların Ali Hərbi Məktəbinin adı dəyişdirilib

Ən çox oxunanalar