Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Müstəqil Azərbaycan Rusiya ilə hərtərəfli əlaqələrin inkişafına böyük önəm verir"

Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Federasiya Şurasının Sədr müavini İlyas Umaxanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb...

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Dağıstan Respublikası Xalq Məclisinin Sədri Xizri Şıxsəidov və digər rəsmi şəxslər də iştirak ediblər.

Spiker bildirib ki, müstəqil Azərbaycan Rusiya Federasiyası, onun subyektləri, o cümlədən Dağıstanla hərtərəfli əlaqələrin inkişafına böyük önəm verir:

“Xalqlarımız arasındakı mədəni və mənəvi yaxınlıq münasibətlərimizin daha da inkişafı üçün yaxşı zəmin yaradır. Ölkə başçılarının görüşlərində aparılan danışıqlar və imzalanmış sənədlər əlaqələrimizin keyfiyyətcə yeni səviyyəyə qalxması baxımından çox əhəmiyyətlidir. Yüksək səviyyəli siyasi dialoq iqtisadi əlaqələrimizə də öz müsbət təsirini göstərir. Parlamentlər səviyyəsində münasibətlərimizin inkişafı ümumi məqsədlərə xidmət edir.

Rusiya tərəfdən Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrup üzvləri arasında Dağıstandan olan deputatların fəaliyyətini təqdirəlayiqdir. Deputatlarımızın qarşılıqlı səfərləri onları düşündürən məsələlərin müzakirəsi baxımından çox önəmlidir”, - deyə O.Əsədov deyib.

Görüşdə bildirilib ki, dini liderlərin növbəti sammitində iştirak etmək üçün ölkəyə səfər etmiş Rusiya nümayəndə heyəti Milli Məclisdə olmaqdan çox məmnundur.

Qonaqlar qeyd ediblər ki, müştərək tarixi keçmişə malik xalqlarımız arasında münasibətlərin dərinləşməsi günün tələbidir: "Rusiya, o cümlədən Dağıstan Azərbaycanla iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələri daha da genişləndirməyə böyük əhəmiyyət verir".

Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri və digər məsələlər ətrafında danışılıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Ən çox oxunanalar