Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Mən gəldim..." - Qənirə Paşayevanın hər kəsi kövrəldən çıxışı

Mərkəzi Klinik Xəstəxanada müalicəsi davam edən millət vəkili Qənirə Paşayevanın böyük marağa səbəb olacaq videosu əldə edilib...

Poliqon Manset.az-a istinadən xəbər verir ki, bir neçə il öncə Azad Azərbaycan televiziyasında (ATV) yayımlanan "Beşinci element" verilişində qonaq olarkən Qənirə Paşayeva ölümlə bağlı fikirlərini bölüşüb:

"10 gündən sonra bizim hər hansısa birimiz bəlkə də bizim hər hansısa birimiz bu həyatda olmayacayıq. Mənim elə sinif yoldaşlarım var idi ki, biz onlarla 3 gün öncə görüşmüşdük. Amma bir gecədə onları itirdik.Bəziləri müharibədə şəhid oldu.Biz bu dünyadan gedəndə nə aparacayıq? Bu paltarları da burada qoyub gedəcəm, bu qulağıma taxtığımız sırğaları və hər şeyi burada qoyub gedəcəyik. Heç bir şeyi apara bilməyəcəyik. Ən sevdiklərimiz belə bizi torpağa gömüb gedəcəklər. Onlar da bizi tərk edəcək. Bizdən bir şey qalacaq.Bizi xatırlayanda deyəcəklər ki, adam kimi adamdı.Allahın mənə nə qədər ömür verdiyini bilmirəm.Mənim üçün bu gün və bu an var.Mən onun dəyərini bilərək yaşamaq istəyirəm. Yaradan hər zaman, hər gün, hər dəqiqə, hər an mənimlədir. Getdiyimdə sadəcə bir şeyi söyləyəcəm. Xətalarımda da, savablarımda da səni unutdum deyə bir şey yoxdur.Ona görə də mən gəldim, xətalarımla, savablarımla burdayam".

Xatırladaq ki, sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Q.Paşayeva üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Hazırda Mərkəzi Klinikada süni tənəffüs aparatına qoşulub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Ən çox oxunanalar