Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Keçmiş əslində sükutdu" - Paşa Talıblı

Keçmiş və gələcək..

...sənə qəribə gəlməsin!
Amma bilirəm gələcək.
...gedirəm, qarşıma keçmiş
çıxır
gəlirəm - gələcək!

Keçmiş- mağara şəklində!
Ağzını hörür hörümçək...
...gələcək əvvəlin işi -
uzunömürlü gələcək!

...tarix elə bir vaxtdı ki;
hər vaxtın bir tarixi var.
...və onu dəst-xətt etməyə
heroqlif həm də mixi var.

Vaxtilə bir vaxt varıydı -
etirazlar "ək çək" boyda!
...keçmiş əslində sükutdu!
Sükutu gələcək boyda!

...sənə qəribə gəlməsin!
Amma bilirəm gələcək.
...gedirəm, qarşıma keçmiş
çıxır
gəlirəm - gələcək!


Sözün möhürü...

Cəllad, nə bilirsən möhürbənd nədir...
Nə qan yaz adına, nə də qətli, de!
..."slovo doroje çem peçat" -
yəni
bizdə möhürdən də söz qiymətlidi!

...bəndin ən gözəli bəndə düşəndi!
Bənd-bərə necədi gör indi, cəllad!
Sənin güvəndiyin dar ağacından
bir bəndin kölğəsi sərindi, cəllad!

...şaqraq dağ çayıdı, odu gülür ey!
...üzndə Göyçədi Dərbənddi hər bənd!
...məni dartıb çəkən dar ağacına -
görkəmə çıxaran bir fənddi hər bənd!

...dodaqdəyməzi var qıfılbəndi var!
...boyunu bükənlər bükəcək yenə!
Cəllad, gecə bənd-bənd yazdığım şeri
bənd-bənd Aşıq Abbas sökəcək yenə!

Yenə dağıdacaq bəndi-bərəndi...
...sazın tufanına dözən bəndmi var?
Cəllad, nə bilirsən gözəl bənd nədir?
Yazdığım bu bənddən gözəl bəndmi var?


Sitatın sonu...

...mağara divarlarında
min illərin əl işləri,
min illərin Tanrıları,
qurumuş Tanrı döşləri.

Özləri bir od parçası -
odu necə əkmək közə?
...ağlamaqmı ya gülməkmi -
hansı dərdi çəkmək gözəl?

...mağara divarlarında
it ay şəklindədi, ay it.
...hər şey özünə aiddir,
heç nə yox tarixə aid!

...günlər bir-birinin eyni -
birincisi, onuncusu!
...tarix hər gün sona çatır -
bu gün də bir sonuncusu.

Paşa Talıblı

pia.az 


Etiket: Paşa Talıblı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Çingiz Əhmədov Şəhriyar Məmmədyarovu dəstəklədi: "Bütün sahələrdə kişilər öndədirlər"

Bakıda türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib

Ağdam sakini Şəkidə ov tüfəngi ilə özünü öldürüb

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

Ərdoğan: “İsrail Qəzzada dayandırılmasa, dünya yeni münaqişələrlə üzləşəcək”

İsrailin Münhendəki baş konsulluğuna hücum olub

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu

Ağ Ev: ABŞ İsrailin Rəfahdakı fəaliyyətini izləməyə davam edəcək

Ən çox oxunanalar