Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Hamı onun şantaj xarakterli səs yazıları ilə tanışdır" - Rejissordan sərt cavab

Aktyor Famiz Hüseynovun iddialarına rejissor Faiq Nağıyev cavab verib...

PİA.az xəbər verir ki, Axşam.az-a açıqlama verən rejissor bildirib ki, məsələni məhkəmə yolu ilə həll etməyi düşünür. O, Famizin "Aldanmış hisslər" serialının rejissoru Faiq Nağıyev aktyorların maaşlarını vermir və orada çəkilmək istəyən qızlara əxlaqsız təkliflər edir" sözlərinə sərt reaksiya verib:

"Serialda çəkilən aktrisalar ayağa qalxıb, onlar Famiz Hüseynovu məhkəməyə vermək istəyir. Bu adamın mənimlə rəsmi müqaviləsi yoxdur. Peşəkar aktyorlarla işbirliyindən əvvəl müqavilə bağlamışam. Orada göstərilib ki, 4 bölüm çəkilişdən sonra aktyorlara ödəniş olacaq. Bu adam özü məndən onu seriala çəkməyimi xahiş edib. Qəbul etdim və çəkdim. Çəkilişlə bağlı aramızda ödəniş söhbəti olmayıb. Onu serialdan uzaqlaşdırmağımın səbəbi sosial şəbəkədə yazdığı statuslar olub. Ona dəfələrlə başa saldım ki, özünü yığışdırsın, hətta şahidlərim də var.

Famiz mənə hədə-qorxular gəlir. "Ya məni seriala qaytarmalısan, ya da mənə pul verməlisən, yoxsa səni biabır edəcəm” deyir. 54 nəfər heyət var, hamısı onun şantaj xarakterli səs yazıları ilə tanışdır. Səs yazıları sübut kimi saxlanılır. Əgər o, hərəkətlərinə davam etsə, biz məsələni qanun çərçivəsində həll edəcəyik".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Ən çox oxunanalar