Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"5G" standartına maraq smartfonların satışını sürətləndirir

Bu ilin dördüncü rübündə dünyada smartfonların satış həcminin ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artacağı proqnozlaşdırılır.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, bu proqnozla "IDC" analitik şirkəti çıxış edib. Bildirilir ki, 2021-ci ildə satış həcminin 4,4 faiz artacağı gözlənilir. Bazarda artıma həm təchizat zəncirinin gözlənilməyən sürətli artımı, həm də istehsalçı və ticarət təşkilatları tərəfindən beşinci nəsil mobil rabitə standartını ("5G") dəstəkləyən smartfonların stimullaşdırılması ilə bağlı görülən tədbirlər xidmət edir.

Analitiklərin sözlərinə görə, karantin şəraitində istehlakçılar turizm, restoran və digər istirahət növləri üçün xərcləri müxtəlif malların, o cümlədən məişət texnikasının alışı ilə əvəzləyiblər.

Proqnoza görə, 2020-ci ildə "5G" dəstəkli smartfonların dünya miqyasında satış həcmi 10 faizə, 2024-cü ildə isə 29 faizədək artacaq. Əsas artım faktoru kimi onların qiymətinin "4G" dəstəkli smartfonlar səviyyəsinədək ucuzlaşması göstərilir - 2020-ci ildə "5G" dəstəkli smartfonların orta qiyməti 25 faiz azalaraq 611 dollar təşkil edəcək, 2024-cü ilədək 453 dollaradək azalacaq.

Analitiklərin fikrincə, istehlakçılar COVID-19 pandemiyası şəraitində pula qənaət etməyə çalışsalar da, qiymətlərin qısamüddətli perspektivdə aktiv inkişafı və azalması bu amili qismən kompensasiya edə bilər. (Milli.Az)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

COP29 zamanı Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

İsrail hökuməti Beyrutdakı partlayışa görə təcili toplanıb

Ən çox oxunanalar