Çərşənbə, 29 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Zəngəzur dəhlizi”nin İrandan keçməsi siyasi cəhətdən nə qədər təhlükəsizdir?

“Zəngəzur dəhlizi”nə görə Rəcəb Tayyib Ərdoğan Ermənistana xəbərdarlıq edib...

ReAl-ın icraçı katibi: “Bildiyimiz kimi Türkiyənin xarici işlər naziri Hakan Fidan İrana səfər etdi. Rəcəb Tayyib Ərdoğanın Zəngəzur bəyanatı ondan xəbər verir ki, ola bilsin hansısa razılaşma olub”.

“Təbii ki, başqa ölkələrin ərazisindən keçən kommunikasiya xəttləri həmişə müəyyən problemlər yarada bilər. Bu həmin ölkənin təzyiq və təsir etmək imkanlarını artırır”.

Bu sözləri ReAl partiyasının icraçı katibi Natiq Cəfərli Türkiyə prezidentinin “Zəngəzur dəhlizi”ni açmasını Poliqon-a şərh edərkən qeyd edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistana xəbərdarlıq edərək bildirib ki, əgər İrəvan “Zəngəzur dəhlizi”ni açmasa bu koridor İrandan keçəcək. “Zəngəzur dəhlizi”nin İrandan keçməsi siyasi cəhətdən nə qədər təhlükəsizdir və Ermənistanın bu layihədən də kənar qalmasına İrəvan göz yuma bilərmi?

“Zəngəzur dəhlizi” ilə bağlı Ərdoğanın Ermənistana son xəbərdarlığını Poliqon-un əməkdaşı ReAl-ın icraçı katibi Natiq Cəfərliylə müraciət edib.

Natiq Cəfərli: ““Zəngəzur dəhlizi” hər iki ölkədən keçsə, daha yaxşı olar. Biri-birinə alternativ və biri-birinə paralel yolların olması Azərbaycanın manevr imkanlarını kifayət qədər artıra bilər”.

Formal olaraq “Zəngəzur dəhlizi”nin hansı ölkədən keçməsinin Azərbaycanvə Türkiyə üçün fərqli mahiyyət daşımadığını vurğulayan ekspert Poliqon-a bildirib ki, həmin koridor Ermənistandan ya da İrandan keçsə də, Azərbaycan və Türkiyə üçün eyni mahiyyət daşıyacaq:

“Əslində, bu yeni bir məsələ deyil. Azərbaycan tərəfi 44 günlük Vətən müharibəsindən sonra da təklif etmişdi ki, Ermənsitandan keçən Zəngəzur koridoruna alternativ olaraq paralel olaraq İran ərazisində, yəni cəmi beş kilometr aralı eyni yol infrastrukturu qurulsun. Hətta, Azərbaycan bunun maliyyələşməsini də öz üzərinə götürmüşdü. İran tərəfinin işi gecikdirməsi səbəbindən bu məsələ uzandı. Amma bu İrana da sərf edən yanaşma ola bilərdi.

Bildiyimiz kimi Türkiyənin xarici işlər naziri Hakan Fidan İrana səfər etdi. Rəcəb Tayyib Ərdoğanın Zəngəzur bəyanatı ondan xəbər verir ki, ola bilsin hansısa razılaşma olub. Çünki bu İran üçün çox sərfəlidir. İranın izolyasiyadan çıxması və müxtəlif infrastruktur layihələrə qoşulması mümkündür.

Natiq Cəfərli: “İran tərəfinin işi gecikdirməsi səbəbindən bu məsələ uzandı”.

Təbii ki, başqa ölkələrin ərazisindən keçən kommunikasiya xəttləri həmişə müəyyən problemlər yarada bilər. Bu həmin ölkənin təzyiq və təsir etmək imkanlarını artırır. Amma Azərbaycan üçün fərqi yoxdur. Həmin koridor Ermənistandan ya da İrandan keçsə də, Azərbaycan və Türkiyə üçün eyni mahiyyət daşıyacaq.

Mənə elə gəlir ki, “Zəngəzur dəhlizi” hər iki ölkədən keçsə, daha yaxşı olar. Biri-birinə alternativ və biri-birinə paralel yolların olması Azərbaycanın manevr imkanlarını kifayət qədər artıra bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?..

Bu prospektdəki məşhur dairə ləğv edildi - Video

Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev

Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat yayıb

Ağdamda mina partlayışı olub, ANAMA əməkdaşının ayağı amputasiya edilib - Yenilənib

Prezident və birinci xanım Xocalıda 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - Yenilənib

Erməni katolikosu "Sardarapat" memorial kompleksinə buraxılmadı

İspaniyanın ardınca daha iki dövlət Fələstini rəsmən tanıdı

Putin: Ukrayna ilə bağlı danışıqları İstanbulda qoyulmuş əsasda davam etdirməyə hazırıq

Ən çox oxunanalar