Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski Trampla sülh planını müzakirə etməyə hazır olduğunu bildirib

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampla Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün təklif etdiyi planı müzakirə etməyə hazır olduğunu bildirib...

Poliqon xəbər verir ki, Ukrayna prezidenti bu barədə Fox News telekanalının müxbiri ilə söhbətində bildirib. Eyni zamanda Zelenski vurğulayıb ki, ukraynalılar Amerikanın eks-prezidentinin bütün təklifləri ilə razılaşmayacaqlar.

Qeyd edək ki, Fox News telekanalının müxbiri Benjamin Hall Kiyevə gəlib və orada Vladimir Zelenski ilə görüşüb. Hall Ukrayna prezidentinə xatırladıb ki, Donald Tramp Rusiya-Ukrayna münaqişəsinə 24 saat ərzində son qoyacağına söz verib.

“Gəlin onunla danışaq və ona sülh düsturunda hansı addımların olduğunu göstərməyə imkan verək”, deyə Ukrayna prezidenti cavabında bildirib. ABŞ-ın keçmiş prezidenti ilə görüşməyə və onun təkliflərini müzakirə etməyə hazır olub-olmadığını soruşduqda, Zelenski belə cavab verib: “Mən hazıram. Təbii ki, onun aydın sülh planı varsa, mənimlə bölüşə bilər”.

Zelenski Donbas və Krım Rusiyaya verilərsə, döyüşlərin dayandırıla biləcəyi ilə razılaşıb. Lakin Ukrayna prezidenti vurğulayıb ki, onun fikrincə, ukraynalılar belə bir sülh planına razı olmayacaq.

Qeyd edək ki, Donald Tramp dəfələrlə bildirib ki, Rusiya-Ukrayna münaqişəsinə 24 saat ərzində son qoya bilər. O, həmçinin Avropa müttəfiqlərini Ukraynaya daha çox pul xərcləməyə razı sala biləcəyini də bildirib. Vladimir Zelenski isə Rusiya ilə münaqişəni 24 saat ərzində bitirməyin mümkünsüzlüyünü izah etmək üçün Trampı Ukraynaya gəlməyə dəvət edib. ABŞ-ın keçmiş prezidenti bundan imtina edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib

Ən çox oxunanalar