Ukrayna prezidenti Vladimir Zelenski Kremlin Kiyevi Moskvaya pilotsuz uçan aparatlarla zərbələr endirməkdə ittiham etməsindən sonra müharibənin “tədricən Rusiyaya qayıtdığını” deyib...
Poliqon xəbər verir ki, bu barədə CNN telekanalının məlumatında bildirilib.
“Ukrayna güclənir və müharibə tədricən Rusiya ərazisinə, onun simvolik mərkəzlərinə və hərbi bazalarına qayıdır”, deyə Zelenski gündəlik müraciətində bildirib.
“Bu proses qaçılmaz, təbii və tamamilə ədalətlidir”, deyə Ukrayna prezidenti müraciətində qeyd edib.
Poliqon.info