Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaxarova: “Paşinyanın Rusiyanı tənqid etməsi qəbuledilməzdir”

"Rusiya sülhməramlı kontingentinin tənqidi qəbuledilməzdir, Moskva vəziyyəti yaxşılaşdırmağa çalışır".

“Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını şərh edərkən bildirib.

Rusiyanın, eləcə də sülhməramlı kontingentin tənqid olunmasına gəlincə, hesab edirəm ki, indiki vəziyyətdə bu, yolverilməzdir. Biz dəfələrlə demişik ki, Rusiya sülhməramlıları vəziyyətin yerində nizamlanması üçün əlindən gələni edir. Heç bir ictimai hücum işin həllinə kömək etmir”, - o söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında bəyan etmişdi ki, Rusiya Qarabağda sabitliyi və təhlükəsizliyi təmin edə bilmirsə, BMT Təhlükəsizlik Şurasında Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinə BMT Təhlükəsizlik Şurasının mandatının verilməsi məsələsinin müzakirəsinə və ya oraya əlavə çoxmillətli sülhməramlı qüvvələrin göndərilməsinə təşəbbüs göstərməlidir.

KİV-in xahişi ilə bu bəyanatı şərh edən M.Zaxarova deyib: “Sülhməramlı kontingent olmasa, kimsə məsuliyyətlə deyə bilərmi ki, nə yaxşı olardı? Məncə, cavab göz qabağındadır. Ona görə də istənilən qədər effektivliyin artırılması zərurəti və başqa şeylər haqqında danışmaq olar. Bir daha təkrar edirəm ki, hamı bu vəziyyətin həlli üzərində işləyir. Amma belə məsələləri demək və bəyan etmək, mənə elə gəlir, sadəcə olaraq, mövcud reallıqları başa düşməməkdir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar