Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeravan üçün “sülhə” gedən yol - Ermənistan yenidən separatçılara büdcəsindən maliyyə ayırdı...

300 milyon dollar vəsait əsasən Qarabağda qanunuz silahlı birləşmənin saxlanılmasına yönləndiriləcək...

Politoloq: “Əslində, Ermənistanın büdcəsindən Qarabağda olan separatçılara yenidən maliyyə ayrılması və bu vəsaitin qanunsuz silahlı birləşmənin saxlanılmasına sərf edilməsi Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsddir”.

“Hadisələrin gedişi onu göstərir ki, Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasını istəməyən qüvvələr elə vasitəçi dövlətlərdir”.

Bu sözləri politoloq Samir Hümbətov Ermənistanın Qarabağa yenidən maliyyə ayrılmasını PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanın 2023-cü il büdcə layihəsində Qarabağdakı separatçılara yenidən maliyyə yardımı ayrılıb və bu yardım keçən ilki kimi 300 milyon dollar təşkil edəcək. Qeyd edək ki, həmin vəsait bir qayda olaraq, əsasən Qarabağda qanunuz silahlı birləşmənin saxlanılmasına və əhalinin kommunal xərclərinin ödənilməsinə yönəlir.

İlin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalayacağını və Azərbaycanın ərazi bütövlüyünü tanıyacağını bildirən Ermənistanın bu addımını necə dəyərləndirmək olar? Bu Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə deyilmi?

Mövzunu PİA.az-ın əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətovla müzakirə edib.

Samir Hümbətov: “Samir Hümbətov: “Belə hərəkətlər Ermənistan-Azərbaycan arasında olan sülh proseslərinə birbaşa zərbə kimi də dəyərləndirilə bilər”.

Ermənistanın belə addımlarının təxribatçı addımlar sırasında olduğunu vurğulayan politoloq PİA.az-a bildirib ki, bu təxribatların da mütləq cavabı veriləcək:

“Son dövrlər Ermənistanın sülh sazişi ilə bağlı müsbət mesajlar verməsi fonunda, Azərbaycan torpaqlarında yerləşən qondarma rejimə 300 milyon dollar ayrırması ondan xəbər verir ki, Ermənistanın niyyəti heç də saf deyil. Müşahidələr göstərir ki,Ermənistanın sülh sazişi ilə bağlı verdiyi açıqlamalar sadəcə və sadəcə beynəlxalq təşkilatları çaşdırmaq məqsədi ilə verilir.

Düzdür, Paşinyan Praqaya görüşündə Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı sənədə imza atıb. Amma maraqlı məqam odur ki, Paşinyan belə bir imza atandan sonra separatçı rejimə, xüsusilə də bu qondarma rejimə tabe olan silahlı birləşmələrin orada saxlanılmasına maliyyə vəsaiti ayrılması onu göstərir ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyib. Eyni zamanda Nikol Paşinyan müxakifətin Qarabağda güclənməsindən ehtiyat edərək Qarabağ ermənilərinə demək istəyir ki, biz ən çətin vəziyyətdə belə sizin yadınızdayıq. Lakin bütün halalrda bu beynəlxalq hüququn norma və prinsiplərinə zidd hərəkətdir.

Əslində, Ermənistanın büdcəsindən Qarabağda olan separatçılara yenidən maliyyə ayrılması və bu vəsaitin qanunsuz silahlı birləşmənin saxlanılmasına sərf edilməsi Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsddir. Buna görə hesab edirəm ki, Ermənistanın belə addımları təxribatçı addımlar sırasındadır. Əlbəttə, bu təxribatların da mütləq cavabı veriləcək. Belə hərəkətlər Ermənistan-Azərbaycan arasında olan sülh proseslərinə birbaşa zərbə kimi də dəyərləndirilə bilər.

Samir Hümbətov: “Bütün halalrda Azərbaycanın əlində istər Qarabağdakı separatçıları, istərsə də Ermənistanı “ağıllandırmaq” üçün alətlər mövcuddur”.

Eyni zamanda düşünürəm ki, Ermənistanın büdcəsindən Qarabağa maliyyə yardımı ayrılması tək Ermənistanın istəyi ilə olmayıb. Kənar qüvvələrin də məsələyə müdaxiləsi var. Xüsusilə, burada Qərbin, Rusiyanın, İranın marağının olduğunu düşünürəm. Belə proses Ermənistanın daxilinə xaricdən verilən dəstəklə bağlıdır.

Bu gün Ermənistan özü ianələr hesabına yaşayır. İanələr hesabına yaşayan bir dövlətin başqa bir dövlətin ərazisindəki qondarma, separatçı quruma yardım ayrılmasından görünür ki, burada üçüncü tərəfin marağı var. Emənistan büdcəsindən Qarabağdakı separatçıların maliyyələşdirilmədi də üçüncü tərəfin maraqlarına xidmət edir və təxribat xaraklerlidir. Hadisələrin gedişi onu göstərir ki, Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasını istəməyən qüvvələr elə vasitəçi dövlətlərdir.

Bütün halalrda Azərbaycanın əlində istər Qarabağdakı separatçıları, istərsə də Ermənistanı “ağıllandırmaq” üçün alətlər mövcuddur və bu alətlərdən də hesab edirəm ki. istifadə olunacaq. Hər bir halda Qrabağdakı ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər və buna görə də ora ayrılacaq vəsaiti də Bakı müəyyənləşdirməlidir. Hesab edirəm ki, gec-tez bu belə də olacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar