Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KİV: Stoltenberq Münhen Konfransının yeni sədri olacaq

Oktyabrın 1-dək NATO-nun Baş katibi kimi işini başa vuracaq Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransının yeni sədri olacaq...

“Report” xəbər verir ki, bu barədə “Politico” qəzetinin Avropa nəşri mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Stoltenberq bu vəzifəni 2025-ci ilin fevralında keçiriləcək Münhen konfransından sonra icra edəcək.

Qeyd edək ki, norveçli siyasətçi Yens Stoltenberq 1959-cu il martın 16-da Osloda anadan olub. O, 2000-2001 və 2005-2013-cü illərdə Norveçin Baş naziri olub. 2014-cü ildə isə Stoltenberq NATO-nun Baş katibi seçilib. Baş katib kimi o, alyansın müdafiə qabiliyyətinin gücləndirilməsində fəal iştirak edib. Bu proses çərçivəsində hərbi hazırlığın yüksəldilməsi, NATO-nun Avropa üzvləri tərəfindən müdafiə xərclərinin artırılması, eləcə də bölgəyə əlavə qüvvələrin yerləşdirilməsi üzrə tədbirlər həyata keçirilib. Stoltenberqin rəhbərliyi dövründə Monteneqro NATO-nun 29-cu üzvü olub, üstəlik, o, Gürcüstan və Ukraynanın alyansa qoşulmaq istəyini də dəstəkləyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

Azərbaycan XİN Avropa İttifaqının qərəzli və ədalətsiz bəyanatına cavab verib

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Bu ölkə Türkiyəyə sanksiyanı aradan qaldırdı

Bakıda avtomobil marketə çırpılıb, yaralananlar var - Video, Yenilənib

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

İphone 16-nın hansı özəllikləri var? - Fotolar

Ən çox oxunanalar