Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni yaranmış “iş yerləri” nəyin hesabınadır?! - Nazirə haqlı sual...

“Pandemiya şəraitində 80 min yeni iş yeri yaradılıb”.

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycanda Xarici Biznes 2020” hesabatının təqdimatında belə deyib.

O, martın əvvəlindən indiyədək Azərbaycanda təxminən 80 min yeni iş yerinin açıldığını söyləyib.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, o iş yerlərinin bir hissəsi SMS icazənin “nəticəsi”dir.

Nazirlər Kabineti Azərbaycan ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısını təsdiq edəndən sonra bir çox müəssisələr "iş yerləri" yaratmaqla məşğuldur:

“Bu iş yerlərinin bir çoxu əvvəllər də olub. Sadəcə passiv xarakter daşıyıb, icazə ilə əlaqədar olaraq aktivləşdirilib. Yaxşı olar ki, İqtisadiyyat Nazirliyi yeni yaradılmış “iş yerləri”nin xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələri və zəruri olmayan fəaliyyət sahələri üzrə qruplaşdırsın. Onda məlum olacaq ki, yeni yaranmış “iş yerləri” nəyin hesabınadır”.

İqtisadçı deyir ki, bu ilin aprel ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidmətində qeydiyyata duran işsizlərin sayı açıqlanmır.

Bu fakti "nailiyyət" kimi təqdim etməklə yanaşı, bağlanan iş yerlərinə dair məlumatlar da açıqlanmalıdır ki, mənzərə tam aydın olsun: “Görünür ki, müvəqqəti (2 aylıq) ödənişli ictimai işlərə (onların 90 minə çatdırılması nəzərdə tutulurdu, görəsən onların neçə mini troldur) və özünüməşğulluq proqramına cəlb edilənlər də ailəliklə yeni yaradılmış "iş yerlərinin" siyahısına daxil edilib. Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi inzibati vasitələrlə muzdlu işçilərin işdən çıxarılmasına maneçilik törədir. Eyni zamanda, VÖEN-i bağlamaq da uzun və çətin bir prosesə dönüb”.

Qubad İbadoğlu deyir ki, hətta bir çox müəssisələrdə işdən çıxmalı olan işçilər "məcburi məzuniyyətə" göndərilməklə onların işdən azad edilməsi prosesi ləngidilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

İranın Baş Qərargahı "Fars" agentliyinin Rəisinin helikopterinin qəzası ilə bağlı şərhini təkzib edib

Bakıdan Antalyaya təyyarə reysi yenidən təxirə salındı

Qara Qarayev əvəzedici heyətə göndərilməsinə münasibət bildirib

Azərbaycanın iki güləşçisi dünya çempionatının qızıl medalını qazanıb

Diqqət: Metronun "28 May" stansiyasının qarşısında ilanlar peyda olub

Seçki bülletenlərinin hazırlanması prosesi başa çatıb

Beynəlxalq müşahidəçilərin parlament seçkilərini müşahidə üçün müraciət müddəti başa çatıb

Ən çox oxunanalar