Bu gün Malayziya sultanı Abdullah Riayatuddin Əl-Mustafa Billahın rəsmi taxta çıxma mərasimi keçirilib
“Bernama” xəbər verir ki, yeni kral taxta çıxma mərasimində etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün Malayziya xalqının birliyini gücləndirməyə söz verib: “Mən insanların rifahını hər şeydən üstün tutacağam”.
Qeyd edək ki, Abdullah Riayatuddin Əl-Mustafa Billah bu il yanvarın 31-də Malayziya kralı kimi and içib. O, taxtdan imtina etmiş V Məhəmmədi əvəzləyib. V Məhəmməd rusiyalı model Oksana Voyevodina ilə evləndikdən sonra təzyiq altında taxtdan imtina edib. (APA)
pia.az