Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni Dehlidə Co Bayden-Si Szipin görüşü baş tutacaq?

Hindistanda keçiriləcək G20 sammitində ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Szinpin arasında rəsmi danışıqlar gözlənilmir...

Poliqon xəbər verir ki, bu barədə NBC News mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Amerika prezidentinin administrasiyası Vaşinqton və Pekin arasında münasibətlərdə problemlər olmasına baxmayaraq, danışıqlar aparmaq niyyətində deyil.

"Si Szinpinin hətta Yeni Dehlidə keçiriləcək sentyabr görüşünə qatılıb-qatılmayacağı bəlli deyil. Hindistan əvəzinə iki lider noyabrda San-Fransiskoda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) konfransında görüşə bilər. Lakin hələ bu görüşün olacağı da rəsmiləşməyib", deyə məlumatda bildirilir.

NBC telekanalının məlumatına görə, Pekin hələlik həm G20 sammitində, həm də APEC-də Si Szinpinin şəxsi iştirakını təsdiqləməyib. Kanal vurğulayır ki, Bayden Çin lideri ilə ilin sonuna qədər görüşməyi planlaşdırır və böyük beynəlxalq sammit hələ də danışıqlar üçün ən çox ehtimal olunan yer kimi görünür.

Avqustun 31-də media Si Szinpinin Hindistanda keçiriləcək G20 sammitini buraxa biləcəyi ilə bağlı xəbər yayıb. “Reuters”in məlumatına görə, Çin liderinin əvəzinə Yeni Dehliyə Çinin baş naziri Li Qianq gedəcək. Eyni zamanda, Rusiya prezidenti Vladimir Putin forumda şəxsən iştirak etməyəcək, əvəzində görüşə xarici işlər naziri Sergey Lavrov gedəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Şamaxıda III Üzüm və Şərab Festivalına start verilib    

Ən çox oxunanalar