Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yelisey sarayı yenə də “bulanıq suda balıq tutmağa” çalışır...

Fransa Laçın yolu ilə bağlı BMT Təhlükəsizlik Şurasına qətnamə təqdim edəcək...

Politoloq: “BMT Təhlükəsizlik Şurasına növbəti belə təklifin çıxarılacağı ilə bağlı hansısa məlumat Fransa tərəfindən təsdiqlənməyib. Amma Fransa tərəfindən belə bir cəhd ola bilər”.

“Fransa tərəfindən hansısa iyrənc addım atıllacağına şübhə etmirəm”.

Bu sözləri politoloq Oktay Qasımov Fransanın Laçın yolu ilə bağlı BMT Təhlükəsizlik Şurasına qətnamə təqdim edəcəyi iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

Dünən axşam saatlarında yayılan xəbərə görə Fransa Laçın yolu ilə bağlı BMT Təhlükəsizlik Şurasına qətnamə təqdim edəcək. BMT Təhlükəsizlik Şurasındakı son müzakirələrdən sonra Fransanın atdığı qeyri obyektiv, birtərəfli addımlar regiona nə vəd edir?

Rəsmi Parisin Azərbaycanla atacağı gözlənilən növbəti təxribatçı addımı Poliqon-un əməkdaşı politoloq Oktay Qasımovla müzakirə edib.

Oktay Qasımov: “Fransanın nə deməsindən , bütün iyrəncliklərindən asılı olmayaraq biz öz yolumuza davam edəcəyik”.

Fransanın bütün davranışlarının yalnız bir məqsədə xidmət etdiyini vurğulayan politoloq Poliqon-a bildirib ki, məqsəd bölgədə sülh və sabitliyin bərqərar olunmasına əngəl törətməkdir:

“Fransanın Qarabağ münaqişəsi dövründə, xüsusilə də, 44 günlük savaş getdiyi günlərdə və ondan sonrakı dövrlərdə atdığı bütün addımlar bölgədə sülhün yaranmasına əngəl törədən addımlardır. Son dövrlərdə bölgədə gərginləşmənin əsas aktyorlarının bəlkə də birincisi Fransadır. Baxmayaq ki, ayın 16-da BMT Təhlükəsizlik Şurasında məhz Fransanın təşəbbüsü ilə bölgədə Laçın yolundakı guya vəziyyətin yaxşı olmadığı, Qarabağda yaşayan ermənilərin humanitar böhranın yaradılması ilə bağlı məsələlər gündəmə gətirildi. Orada Fransanın da daxil Ermənistan da bu təşəbbüsləri fiaskoya uğradı.

Amma bütün bunlara baxmayaraq biz Ermənistan xarici işlər nazirlərinin, Ermənistan baş nazirinin və digər rəsmi şəxslərin açılmalarında cəfəngiyyat fikirləri eşitməkdəyik. Həmçinin onlarla bərabər bəzi ölkələrin rəsmi şəxsləri, xarici işlər nazirləri də onlara qoşularaq eyni iddiaları səsləndirirlər. Bu ölkələr də Fransaya yaxın ölkələrdir. Diqqət etsək görərik ki, son bir neçə gündə Kanada, Lüksemburq və Belçikanın xarici işlər nazirləri eyni fikirlərlə çıxış edirlər. Onlar guya hansısa humanitar böhran, Laçın yolunun blokadası kimi iddialarla çıxış edirlər.

Oktay Qasımov: “BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələrdə Fransa və onun əlaltıları kimi çıxış edən ölkələrdən başqa, qalan ölkələrin Azərbaycanın haqlı mövqeyini müdafiə etdiklərini deyə bilərik”.

BMT Təhlükəsizlik Şurasına növbəti belə təklifin çıxarılacağı ilə bağlı hansısa məlumat Fransa tərəfindən təsdiqlənməyib. Amma Fransa tərəfindən belə bir cəhd ola bilər. Lakin bu cəhdin də uğurlu ola biləcəyinə inanmıram. Çünki BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələrdə Fransa və onun əlaltıları kimi çıxış edən ölkələrdən başqa, qalan ölkələrin Azərbaycanın haqlı mövqeyini müdafiə etdiklərini deyə bilərik. Yəni alternativ yol olan Xankəndi-Ağdam yolu ilə bağlı Azərbaycanın təklifi dəstəkləndi və açıq mətnlə ifadə edildi.

Bu baxımdan Fransa tərəfindən hansısa iyrənc addılacağını şübhə etmirəm. Fransanın prezidenti dünən yenə ənənvi, özünəməxsus üslubda Azərbaycana təzyiqlərdən, Laçın yolunda blokadanın götürülməsində danışdı. Fransanın nə deməsindən , bütün iyrəncliklərindən asılı olmayaraq biz öz yolumuza davam edəcəyik. Fransanın bütün davranışları da yalnız bir məqsədə xidmət edir. O məqsəd də bölgədə sülh və sabitliyin bərqərar olunmasına əngəl törətməkdir. Eyni zamanda Paris Ermənistan vasitəsilə bölgəyə soxulmaq istəyir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Paşinyan Ermənistanda kilsə islahatları apara bilər?

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Bakıda axtarışda olan şəxs hava limanında saxlanılıb

Zelenski: Tərəfdaşlar Rusiyanın müharibədə uduzmasından qorxurlar...

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Füzuli, Ağdam və Cəbrayılın 29 kəndində və Horadizdə yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi dayandırılıb

Ən çox oxunanalar