Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yardım məsələsi

Qubad İbadoğlu 

Maliyyə Nazirliyi bildirir ki, 2020-ci ildə beynəlxalq miqyasda koronavirus pandemiyası üzrə tədbirlərin dəstəklənməsinə 39,3 milyon manat ayrılıb. Dünya Səhiyyə Təşkilatına 17 milyon manat, UNESCO və İCESCO təşkilatlarına 3,4 milyon manat və 18 xarici ölkəyə 18,9 milyon manat beynəlxalq yardım göstərilib.

Bilən varmı 2020-ci ildəki müharibədə və ya müharibədən sonra 18 xarici dövlətin hansından dəstək aldıq?

Ya nədən BMT-nin elm, təhsil və mədəniyyət qurumu olan UNESCO işğaldan azad edilmiş ərazilərdə dağıdılmış tarixi-memarlıq abidələrinin qeydiyyatını aparıb beynəlxalq ictimaiyyəti məlumatlandırmır?

Mən xarici təşkilatlara əməkdaşlığın əleyhinə deyiləm, amma onlara dövlət büdcəsindən göstərilən yardımın şəxsi maraq və hakimiyyət marağı çərçivəsində istifadə olunmasını da korrupsiya sayıram. Belə yardımlarla almaniyalı və italiyalı deputatlara rüşvət verilməsi arasında fərq yoxdur. Hər ikisi hakimiyyətin vəkilliyinə xidmət edir.

Azərbaycanda uşaq yaşlarında xərçəng xəstəliyinə tutulanların 35 faizi leykoz xəstələridir. Leykozun xaricdə müalicəsi mümkündür, amma çox bahadır. Ona görə də hər gün Azərbaycan televiziyaları, sosial şəbəkələr müxtəlif xəstəliklərin, o sıradan leykoz xəstəliyinin daşıyıcısı olan uşaqların müalicəsi üçün yardım kampaniyası aparır. Uşaqların valideynləri teleekranlarda göz yaşı axıda-axıda tamaşaçılardan ianə istəyirlər. Ürək dağlayan belə səhnələri milyonlarla tamaşaçı izləyir, amma ən yaxşı halda 100 mindən beş-onu yardım edir. Çünki yardım etmək istəyən kasıbın pulu yoxdur, varlının da pul verən əli. Nəticədə hər il yüzlərlə xəstə həyatını itirir.

Bütün bunlar illərdir davam etsə də, Azərbaycan dövləti leykoz xəstəliyinin daşıyıcısı olan uşaqlara sahib çıxıb onların xaricdə müalicəsinə 1 manat da olsun vəsait ayırmır. Beynəlxalq miqyasda koronavirus pandemiyası üzrə tədbirlərin dəstəklənməsinə ayrılan pula leykoz xəstəsi olan yüzlərlə uşağı xaricdə tam müalicə etdirib sağaltmaq mümkündür…

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Ən çox oxunanalar