Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaponiya, Böyük Britaniya və İtaliya birgə qırıcı təyyarə hazırlayacaq

Yaponiya, Böyük Britaniya və İtaliyanın müdafiə nazirləri - Minoru Kihara, Qrant Şapps və Qvido Krosetto gələcək nəsil döyüş təyyarəsinin hazırlanmasına cavabdeh olacaq təşkilat yaratmağa razılaşıblar...

Poliqon xəbər verir ki, bu barədə Kyodo Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, təşkilat Britaniyanın “BAE Systems”, Yaponiyanın “Mitsubishi Heavy Industries” və İtaliyanın “Leonardo” şirkətlərinin rəhbərlik etdiyi müəssisəyə nəzarət edəcək. Təşkilatın baş qərargahının Böyük Britaniyada yerləşəcəyi gözlənilir, ona Yaponiyadan olan nümayəndə rəhbərlik edəcək. Bundan sonra sazişin hər üç tərəfi öz mütəxəssislərini yeni strukturun fəaliyyətinə cəlb edəcəklər.

Kyodo qeyd edir ki, Yaponiya hakimiyyəti gələn il bu strukturun istismar xərclərini ödəmək üçün təxminən 4 milyard yen (təxminən 28 milyon dollar) ayırmağı planlaşdırıb. Layihədə həmçinin Yaponiyanın “Mitsubishi Electric” şirkəti, İtaliyanın “Leonardo” şirkətinin Britaniya bölməsi – “Leonardo UK” və İtaliyanın “Elettronic”a şirkəti iştirak edəcək.

Qeyd edək ki, keçən ilin dekabrında İngiltərə, İtaliya və Yaponiya 2035-ci ilə qədər yeni nəsil döyüş təyyarəsi hazırlamaq barədə razılığa gəliblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar