Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yanan maşından çıxarılan xarici turistlərin həyatı xilas edilib - Foto

Sərnişinlərin köməyinə Yol Patrul Xidmətinin əməkdaşları gəlib

Bakı-Qazax magistral yolunun 35-ci kilometrliyində Vüsal Əliyevin idarə etdiyi “Mersedes” markalı mikroavtobusda qısqapanmadan tüstülənmə baş verib. Avtomobilin elektrik sisteminin sıradan çıxması səbəbindən nəqliyyat vasitəsinin qapıları avtomatik olaraq kilidlənib və sərnişinlər salonda köməksiz vəziyyətdə qalıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanan maşının tüstüsünün salona dolduğundan sərnişinlər boğulma təhlükəsi ilə üzləşiblər. Bu zaman ərazidə xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları nəqliyyat vasitəsinə yaxınlaşaraq maşında olan 10 sərnişin və sürücünü avtomobilin pəncərəsindən evakusiya ediblər.

Həyatları xilas edilən şəxslərə YPX əməkdaşları tərəfindən ilkin yardım göstərilib. Yol polislərinin operativliyi nəticəsində yanğının böyüməsinin qarşısı alınıb və maşın vaxtında söndürülüb.

Araşdırma zamanı maşında olan şəxslərin ölkəmizə səfərə gələn xarici turistlər olduğu və onların Qobustan dövlət tarixi-bədii qoruğuna ekskursiyaya getdikləri müəyyən edilib.

Qeyd edək ki, hadisəyə vaxtında müdaxilə edildiyindən xəsarət alan olmayıb. Turistlər operativ reaksiya göstərərək onların yanan maşından çıxarılmasını təmin etdikləri üçün polis əməkdaşlarına təşəkkürlərini bildiriblər.

Hadisədən sonra turistlərin yol polisləri tərəfindən əraziyə çağrılan digər avtobusla ekskursiyaları davam etdirmələrinə şərait yaradılıb və onların yol patrul avtomobili ilə müşayət edilməsi təmin olunub.

Pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar