Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?

Qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraiti martın 25-dək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, bu gün saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılı olub, dağlıq rayonlarda qar yağıb, qar örtüyü əmələ gəlib.

Qar örtüyünün hündürlüyü: Sarıbaşda (Qax) 80 sm, Xaltanda 47 sm, Altıağacda 46 sm, Şahdağda 39 sm, Kişçay (Şəki) 32 sm, Şəki, Lerikdə 20 sm, Şamaxıda 18 sm, Qrızda 17 sm, Daşkəsəndə 15 sm, İsmayıllıda 11 sm, Göygöl, Quba, Qusar, Ağdərədə (Ordubad) 10 sm, Yardımlıda 5 sm olub.

Düşən yağıntının miqdarı: Göytəpədə 27.0 mm (aylıq normanın 46 %-i), Xaltanda 17.0 mm (aylıq normanın 41 %-i), Qax, Tərtərdə 15.0 mm, Kürdəmirdə 14.0 mm (aylıq normanın 41 %-i), Sarıbaşda (Qax) 13.0 mm, Astara, Kişçay (Şəki), Göyçay, Ağdamda 11.0 mm, Yardımlı, Şabran, Lerik, Altıağac, Quba, Oğuz, Qəbələdə 10.0 mm, Lənkəranda 9.0 mm, Bərdə, Naftalanda 8.0 mm, Qusar, Ağsu, Beyləqan, İmişli, Şəkidə 7.0 mm, Cəfərxan, Biləsuvar, Yevlaxda 6.0 mm, Qrız, Balakən, Sabirabad, Ağdərədə (Ordubad) 5.0 mm, Şamaxı, Zərdab, Qobustan, Şəmkirdə 4.0 mm, Şahdağ, Tovuzda 3.0 mm, Ağstafa, Gəncə, Göygöl, İsmayıllı, Ceyrançöldə 2.0 mm, Salyan, Hacıqabul, Neftçala, Daşkəsən, Gədəbəy, Ələt, Sədərəkdə 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Maştağada 9.0 mm (aylıq normanın 34 %-i), Bakıda 8.0 mm (aylıq normanın 34 %-i), Binədə 6.0 mm, Sumqayıtda 3.0 mm, Pirallahı, Çilov adasında1.0 mm-dək olub.

Külək: Qərb küləyi Gəncə, Tovuzda 24 m/s, Neftçala, Hacıqabul, Şəki, Ceyrançöldə 20 m/s, Culfa, Göyçayda 19 m/s, Şahbuz, Salyanda 18 m/s, Sabirabad, Ağdərədə (Ordubad) 17 m/s, Şirvan, Naxçıvanda 16 m/s, Abşeron yarımadası və Abşeron dəniz rayonunda 16 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.

Havanın temperaturu: martın 18-də Bakıda iqlim normasından 4.0° aşağı olub, minimalı temperatur Bakıda və Abşeron yarımadasında 3°-dək isti, Naxçıvan MR-da 10°-dək şaxta, dağlıq rayonlarda 8°-dək şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, aran rayonlarında 6°-dək isti olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraiti martın 25-dək davam edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır

Bakı metrosunda toplanan yeraltı sular şəhərin təmizlənməsində istifadə ediləcək

Ən çox oxunanalar