Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XXI əsrdə dövlət terrorizmi - Qaşıqçı, Skripal cinayətləri və Qərbin fərqli mövqeyi

“Səudiyyə Ərəbistanı ilə mütəffiqliyi əldən buraxmaq ABŞ-ın regiondakı siyasətinin zəifləməsinə səbəb ola bilər”

“Dövlət terroru çox təhlükəli praktikadır. Hansısa terrorçu qruplardan danışılırsa, həmin qrupları bu və ya digər şəkildə neytrallaşdırmaq mümkün olar. Lakin dövlətin əli ilə terror hadisələrinin törədilməsi birbaşa dövlətlərin siyasətinə gətirib çıxarır”.

Bu fikirləri politoloq İlqar Vəlizadə Səudiyyəli müxalif jurnalist, “Vaşinqton Post” qəzetinin əməkdaşı Camal Qaşıqçının öldürülməsinin Qərb tərəfindən sanksiyalarla müşahidə olunmamasını PİA.AZ-a şərh edərkən bildirib.

Artıq 20 gündən çoxdur ki, Səudiyyəli müxalif jurnalist Camal Qaşıqçının öldürülməsi dünya mətbuatının və siyasi gündəminin bir nömrəli məsələsinə çevrilib. Qeyd edək ki, müxalif jurnalistin yoxa çımasından sonra iki həftə boyunca Səudiyyə Ərəbistanı hökuməti qətli törətdiyini təkzib etsə də sonucda “Vaşinqton Post” qəzetinin köşə yazarı Camal Qaşıqçının ölkənin İstanbuldakı Baş konsulluğunda öldürüldüyünü təsdiq edib. Lakin buna baxmayaraq, Qaşıqçının cəsədi hələ də tapılmayıb.

Xatırladaq ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluğuna gedəndən sonra yoxa çıxıb. O, boşanma haqqında sənəd almaq üçün konsulluq binasına girib. Onu binanın qarşısında gözləyən sevgilisi bildirib ki, jurnalist binadan çıxmayıb. Diplomatik missiyanın əməkdaşları isə Qaşıqçının konsulluğu tərk etdiyini bildirirdilər. Türkiyə xüsusi xidmət orqanları konsulluqda 2 dəfə axtarış aparıblar. Onların məlumatına görə, Qaşıqçı binada Səudiyyə Ərəbistanından gələn xüsusi qrup tərəfindən öldürülüb. Daha sonra onun başı kəsilib, bədəni parçalanıb və xüsusi çamadanda konsulluq binasından çıxarılıb.

Qaşıqçının Səudiyyə Ərəbistanın dövlət rəsmiləri tərəfindən öldürülməsinin etiraf olunmasına baxmayaraq, Qərb dövlətləri Səudiyyə Ərəbistanına sanksiyalar tətbiq eləməyə tələsmir. Amma bundan əvvəl Skripal məsələsində Qərb dövlətləri Rusiyaya qarşı çox sərt və sürətli davranmışdılar. Qərb dövlətlərindən ümumilikdə 300-dən artıq rus diplomat Skripalların Britaniyada zəhərlənməsinə görə persona non-qrata elan olunmuşdu. Camal Qaşıqçı cinayətindən sonra isə Tramp Səudiyyəyə qarşı sanksiyalardan söhbət düşərkən bir qayda olaraq Səudiyyə ilə 130 milyardlıq silah satışı sazişini poza bilməyəcəyini dilə gətirir. Avropa dövlətləri də bəyanatlardan o yana getmirlər. İsrail isə açıq şəkildə Camal Qaşıqçının qətlinə əmr verməkdə ittiham olunan vəlihəd şahzadə Məhəmməd bin Salmanı müdafiə etdi.

Qərb dövlətlərinin Səudiyyə Ərəbistanına qarşı sərt mövqedən çıxış etməməsini Qərbin ikili standartları ilə əlaqələndirmək olarmı? Qərb dəyərlərinə tamamilə zidd olan Səudiyyə hakimiyyəti Qərb üçün önəmli edən hansı faktorlar var və bu faktorlar doğurdanmı Səudiyyənin cəzalandırılmasının qarşını ala bilər?

Və XXI əsrdə dövlət terrorizminin ayaq açıb yeriməsini necə qiymətləndirmək olar və dövlət terroru radikal cərəyanların terrorundan nəylə fərqlənir?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq İlqar Vəlizadənin fikirlərini öyrənib.

İlqar Vəlizadə: “Trampın ailəsi, xüsusən də qızı, yeznəsi və müşaviri Cared Kuşner Səudiyyə Ərəbistanının ailəsi ilə çox yaxındır”.

ABŞ öz maraqlarını daha üstün tutduğuna görə jurnalist Camal Qaşıqçının ölümündə sakitlik nümayiş etdirmədiyini bildirən İlqar Vəlizadə Səudiyyə Ərəbistanı ilə mütəffiqliyi əldən buraxması ABŞ-ın regiondakı siyasətinin zəifləməsinə səbəb ola bilər:

“Qərb dövlətlərinin jurnalist Camal Qaşıqçının ölümünə sərt reaksiya verməmələrinin səbəbi ondan ibarətdir ki, Trampın ailəsi, xüsusən də qızı, yeznəsi və müşaviri Cared Kuşner Səudiyyə Ərəbistanının ailəsi ilə çox yaxındır. Əsasən də Səudiyyə Ərəbistanı kralının oğlu Məhəmməd ibn Salman ilə yaxınlıq edirlər. Onların arasında siyasi və şəxsi biznes əlaqələri mövcuddur. Bununla yanaşı, Səudiyyə Ərəbistanı ABŞ iqtisadiyyatına, hərbi siyasi kompleksinə kifayət qədər yatırımlar edib və etməkdə davam edir.

Hazırki silahlanma ilə bağlı Səudiyyə Ərəbistanı tərəfindən ABŞ-da yerləşdirilən hərbi kontraktlar təxminən 100 milyard dollar civarındadır. Əlbəttə ki, bu rəqəm çox böyükdür və mühüm amillərdən biridir. Bu baxımdan ABŞ Səudiyyə Ərəbistanına qarşı sanksiyalar tətbiq etməyə tələsmir. Tramp açıq şəkildə etiraf edib ki, hərbi sanksiyalar tətbiq edildiyi halda həmin kontraktların aqibəti sual altına düşür. Çünki bu kontraktlar ABŞ sənayesi üçün iş yerləri açır. Ona görə də düşünürəm ki, Səudiyyə Ərəbistanına qarşı sərt mövqe sərgilənmir.

İlqar Vəlizadə: “Səudiyyə Ərəbistanı ilə mütəffiqliyi əldən buraxmaq ABŞ-ın regiondakı siyasətinin zəifləməsinə səbəb ola bilər”.

ABŞ-ın Yaxın Şərqdə tərəfdarlarına gəldikdə iki əsas ölkənin - İsrail və Səudiyyə Ərəbistanının adını çəkmək olar. Səudiyyə Ərəbistanı kifayət qədər təsirli oyunçudur. Xüsusən də İranın regionda nüfuzunun artmasına qarşı çıxan bir ölkədir. ABŞ Səudiyyə Ərəbistanının resurslarından istifadə edərək İranın regionda müəyyən dərəcədə güclənməsinə qarşı çıxır. Bu cür mütəffiqliyi əldən buraxmaq ABŞ-ın regiondakı siyasətinin zəifləməsinə səbəb ola bilər. Bu isə ABŞ-ın gələcək planlarına ziddir.

Dövlət terroruna gəlincə isə çox təhlükəli praktikadır. Hansısa terrorçu qruplardan danışılırsa, həmin qrupları bu və ya digər şəkildə neytrallaşdırmaq mümkün olar. Lakin dövlətin əli ilə terror hadisələrinin törədilməsi birbaşa dövlətlərin siyasətinə gətirib çıxarır.

Belə terror aktlarının arxasında kifayət qədər güclü mütəşəkkil qüvvələr və maliyyələr durur. Bu maliyyələrlə siyasət aparmaq çox çətin olur. Çünki belə olan halda məhz ölkə ilə mübarizə aparmağa ehtiyac yaranır. Ölkə ilə mübarizə isə qlobal qarşıdurmaya səbəb olur. Ona görə də dövlət terroru adi terrordan bu amilə görə fərqlənir.

Hansısa dövlətin terror metodlarından istifadəsi təhlükəli məsələdir. Çünki digər dövlətlər də öz məqsədlərinə çatmaq üçün bu metodlara üz tutmağa başlayacaqlar. Bu vəziyyət isə vahid normaların yaranmasına mane ola bilər və müharibələrin, böhranların artmasına səbəb olar”.

Qeyd edək ki, dünən vəliəhd şahzadə Məhəmməd bin Salman paytaxt Ər-Riyadda keçirilən “Future İnvestment İnitiative” beynəlxalq iqtisadi forumunda çıxışı zamanı Camal Qaşıqçının qətlindən danışıb və bu hadisəni dəhşətli hadisə adlandırıb. “Bu dəhşətli hadisəyə haqq qazandırmaq mümkün deyil. Hazırda Krallıq müvafiq nəticələr əldə edib şübhəliləri məhkəmə qarşısına çıxarmaq, onları sərt şəkildə cəzalandırmaq üçün Türkiyə ilə birgə araşdırma aparır”, - o deyib.

##relatedPostMilli##

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Baş Konsullğun binasında öldürülüb. Camal Qaşıqçının paltarını geyinmiş və gözlüyünü taxmış bir nəfərin Baş Konsulluqdan çıxarılması səhnəsini quraşdırmaqla Səudiyyə Ərəbistanı jurnalistin diplomatik missiyadan çıxdığını beynəlxalq ictimaiyyətə sırımaq istəyib. Bununla da Camal Qaşıqçının itkin düşməsi məsələsində Türkiyəni ittiham etməyi planlaşdırıbmış.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının toplantısında bu barədə çıxış edib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel C.Qaşıqçı ilə bağlı məsələni araşdırmaq üçün oktyabrın 23-də Türkiyəyə səfər edib. O, jurnalistin öldürülməsi ilə bağlı aparılan istintaq işi üzrə bir sıra görüşlər keçirib.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Ən çox oxunanalar