Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xocavənddə fəhlələri daşıyan mikroavtobus aşıb, 9 nəfər yaralanıb - Yenilənib

Xocavənd rayonunda mikroavtobus aşıb, 9 nəfər xəsarət alıb...

Xocavənd rayon ərazisində baş verən qəzada xəsarət alan 9 nəfərdən 5-i Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bunu APA-nın Qarabağ bürosuna açıqlamasında Bərdə rayon mərkəzi xəstəxanasının direktoru Vüsal Məmmədov deyib.

Bildirib ki, hazırda xəstələrin vəziyyəti orta ağırdır.

"Axşam saatlarında 5 nəfər vətəndaşımız Xocavənd rayonu ərazisində keçirilmiş avtoqəzadan sonra xəstəxanamıza müraciət edib. Bərdə rayon mərkəzi xəstəxanasının qəbul şöbəsinə daxil olarkən xəstələrin hər birinin vəziyyəti orta ağır olaraq qiymətləndirilib. Hər bir xəstə üzərində ilkin cərrahi işləmələri icra olunub. Müayinələr davam etdirilir. 5-nində vəziyyəti orta ağırdır. Həyatı təhlükələri yoxdur", - Məmmədov qeyd edib.

***

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Cəmiyyət kəndində qeydə alınıb.

İşğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən şirkətlərdən birinə məxsus fəhlə daşıyan mikroavtobus aşıb.

Biləsuvar rayon sakini Pənah Quliyevin idarə etdiyi "Mercedes" markalı sərnişin mikroavtobusunun əyləc sistemində yaranan nasazlıq səbəbindən sürücü idarəetməni itirib. Nəticədə mikroavtobus aşıb.

Qəza nəticəsində mikroavtobusda olan ümumilikdə 17 nəfərdən 9-u xəsarət alıb. Xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.

Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.

***

Xocavənd rayon Cəmiyyət kəndi ərazisində fəhlə daşıyan avtomobil aşıb, 8 nəfər yaralanıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlar xəstəxanaya çatdırılıb, onların arasında həyatını itirən yoxdur.

Araşdırma aparılır.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar