Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xocalı sakinləri: “Sinifdə 18 nəfər idik, on bir şagirdin atası şəhid olmuşdu” - Foto

Quliyev Emin Əkbər oğlu və Quliyev Etibar Allahverdi oğlu Xocalı şəhər sakinləridirlər. Onlar 30 il bundan əvvəl ermənilər tərəfindən törədilən qətliamda ailə üzvlərini, yaxınlarını və qohumlarını itirən xocalılılardan ikisidir. Xocalı soyqırımı zamanı 4 yaşlı Emin uşaq olsa da, hadisələrin canlı şahidi olub. Etibar isə qətliamdan təxminən bir ay sonra dünyaya gəlsə də, faciənin şahidi olan valideynlərindən bütün məlumatları əxz edə bilib. Hər zaman və xüsusilə də faciənin ildönümü günlərində evlərində əsas mövzuya çevrilən soyqırımı təəssüratları az qala Etibarı da o qanlı hadisənin şahidinə çevirib. Emin və Etibarın hər ikisinin uşaqlığı yurdundan didərgin düşmüş məcburi köçkün şəraitində keçib. Onlar hər ilin bu günü əzizlərinin faciəli vəfatının ildönümünü qeyd edirlər.

“Report”un əməkdaşı Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində Emin və Etibarla həmsöhbət olub.

- Emin, Xocalı faciəsini necə xatırlayırsınız?

- Xocalı faciəsini uşaqlıq travması kimi xatırlayıram. O gün xatirimdə ancaq çətin, ağrılı, acılı, müsibət və faciəli bir tarix kimi qalıb. Bu faciəni təəssüf olsun ki, sözlə ifadə etməkdə çətinlik çəkirəm.

- Həmin gün nə baş verdi? O gecədən yadınızda nəsə qalıbmı?

- Bilirsiniz, Xocalının başının üzərini qara buludların aldığı barədə əvvəlcədən hamıda məlumat var idi. Çünki şəhər bir neçə ay mühasirədə oldu, özü də köməksiz vəziyyətdə qalmışdı. Sonradan sakinlərin yalnız vertolyotun köməkliyi ilə təxliyəsi mümkün olub. Amma həmin ərəfədə ermənilər tərəfindən törədilən “vertolyot faciəsi”ndən sonra insanların hava nəqliyyatı vasitəsilə daşınması təhlükə mənbəyinə çevrilib. Buna görə də camaatın çıxış yolu qalmayıb. Şəhər mühasirədə olduğu üçün Ağdama və digər rayonlara gedən yollar da bağlanıb. Uşaq olsam da, hadisələr olduğu kimi yadımdadır. Ermənilər fevralın 25-dən 26-na keçən gecə qəfildən şəhərə hücum etdilər. Birdən vahimə başladı, hərə bir tərəfə qaçıb canını qurtarmağa çalışırdı. Amansız düşmən uşaq, qadın bilmədən qəddarlıq edir, günahsız, əliyalın və müdafiəsiz insanları xüsusi amansızlıqla qətlə yetirirdi.

- Bəs şəhəri qorumaqda kömək yox idi?

- Kömək demək olar ki, yox idi. Yalnız şəhərin öz əhalisindən olan kişilərdən ibarət könüllü özünümüdafiə dəstəsi yaradılmışdı. Ordumuzun sıralarından da kiçik bir heyət şəhəri qorumağa cəlb olunmuşdu. Bütün bunlar isə amansız, qəddar, vəhşi silahlı düşmənin qarşısında çox kiçik bir qüvvə idi.

- Şəhəri müdafiə edənlər arasında yaxın qohumlarınızdan olubmu?

- Bəli. Atam, əmim, dayım və digər qohumlarım şəhərin qorunmasında yaxından iştirak edib. Onlar növbəli rejimdə şəhəri qoruyurdular. Ermənilərin qəfildən gecə hücumu baş verəndə isə özünümüdafiə qüvvələrində olan kişilərin bir hissəsi döyüşə, digər hissəsi isə yaşlıların, qadınların və uşaqların təxliyəsinə cəlb olunmuşdu. Amma təbii ki, tankın qarşısına ov tüfəngi ilə çıxmaqla müdafiə olunmaq mümkün deyildi.

- Xocalı faciəsi zamanı ailə üzvlərinizdən kimləri itirmisiniz?

- Atam, bacım, nənəm, babam, əmim, əmim oğlu, bibim, onun həyat yoldaşı, qızı, anamın dayıları, xalaları övladları ilə birlikdə şəhid olublar. Onlar hamısı həmin gecə - fevralın 25-dən 26-na keçən gecə həyatlarını itiriblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır

Bakı metrosunda toplanan yeraltı sular şəhərin təmizlənməsində istifadə ediləcək

Axios: Netanyahu şəxsən peycerlərlə əməliyyatı təsdiqləyib...

Ən çox oxunanalar