Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xəritələr hazırdır, bölgədə 7 yeni dövlət qurulacaq” - Şok iddia

“Qərb dövlətləri İraqSuriyanı parçalamaq istəyirlər. İŞİD bəhanəsi ilə PKK-nı Suriyada 30 min kvadrat kilometr əraziyə yerləşdirən beynəlxalq koalisiya Suriyanı dördə, İraqı üçə bölməklə 7 “xidmətçi dövlət” yaratmağı hədəfləyir”.

PIA.az xəbər verir ki, bunu türk tarixçi, professor Yusuf Halaçoğlu deyib.

O, artıq İraqSuriya ilə bağlı planların və xəritələrin hazır olduğunu bildirib.

Halaçoğlu bugünkü mənzərəni 100 il əvvəl görülən hazırlıqların davamı kimi qiymətləndirir:

Suriyada olduğu kimi, İraqda da insanları köçə məcbur edəcəklər. Əhalinin sayı azaldılacaq, enerji resursları və sərvətlər tamamilə onların nəzarətinə keçəcək.

Öz geosiyasi hədəfləri üçün daha çox coğrafiyanı parçalayacaqlar. Türkiyə müdaxilə etməsəydi, Qəndildə yerləşən terror təşkilatını Aralıq dənizinə çıxaracaqdılar. İndi cənubdan Aralıq dənizinə çıxmaq üçün hesablama aparırlar. İngilislərin arxiv sənədlərində və 100 il əvvələ aid xəritələrdə bütün bu detallar var. Hazırkı strategiya Körfəz böhranından sonra İraqda qurulacaq "pirat dövləti" Suriyanın şimalı ilə birləşdirməkdir. Konyuktura imkan verən kimi bu layihə həyata keçiriləcək”.

Tarixçi İraqdakı xəritə dəyişikliyindən ən çox Türkiyənin təsirlənəcəyini iddia edir:

Suriyada olduğu kimi, yüz minlərlə iraqlı Türkiyəyə köçəcək. PKK-nın varlığı artıq 30 ildir açıq təhlükədir. Osmanlıdan sonra o coğrafiya sülh görmədi. Türkiyə orada sərhədlərin dəyişdirilməsinə seyrçi qala bilməz”.(Teleqraf)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Zaxarova Rusiya sərhədçilərinin Ermənistandan çıxarılmasına aydınlıq gətirdi

Ən çox oxunanalar