Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xarkova havadan desant atıldı, atışma gedir - Raket zərbələri davam edir, aeroportlar vurulur

Sosial şəbəkə istifadəçiləri Rusiyanın Ukraynanın Xarkov şəhərinə havadan desant atdığına dair görüntüləri yayıblar. virtualaz.org xəbər verir ki, Xarkov səmasında çoxsaylı desant paraşütlərinin uçduğu görüntülərdə əks olunur. Habelə şəhərdə atəş səsləri eşidilir.

Bundan əvvəl Rusiya hərbi dəniz qüvvələrinin Azov dənizi və Qara dənizindən də hücuma keçdiyi, Odessaya dəniz desantının çıxarıldığı xəbər verilmişdi.

Ukrayna mənbələri xəbər verir ki, səhər saatlarından etibarən ölkənin 10 regionu Rusiyanın raket zərbələri altındadır. Yerli vaxtla səhər saat 05.00 radələrindən başlayaraq Dobetsk, Zaporojye, Luqansk, Odessa, Herson, Nikolayev, Poltava, Çerniqov, Jitomir və Kiyev vilayətlərinə raket zərbələri endirilir. Bundan əlavə Melitpolda və Jitomir vilayətinin Ozernoe kəndində iki təyyarə partladılıb. Beloserkov rayonunda silah anbarı vurulub. Odessada dövlət orqanlarının binalarında partlayışlar baş verir.

Ukrayna hakimiyyəti ölkənin şərqindən əhalinin total təxliyyəsini elan edib. Sakinlərdən Dnepr şəhəri istiqamətində hərəkət etmək xahiş olunur. O cümlədən Luqansk vilayətinin bütün sakinlərinə dərhal evlərini tərk etmək tövsiyə edilib. Şəhər administrasiyası sakinlərə öz avtomobilləri və digər mümkün nəqliyyat vasitələri ilə Dnepr şəhəri istiqamətində hərəkət etməyi göstəriş verib.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Şamaxıda III Üzüm və Şərab Festivalına start verilib    

Ən çox oxunanalar