Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xanım senator ABŞ prezidentliyinə namizəd olacağını açıqlayıb

ABŞ-ın Kaliforniya ştatını Senatda təmsil edən demokrat Kamala Harris 2020-ci ildə prezident seçkilərində iştirak edəcəyini açıqlayıb

“Reuters” xəbər verir ki, Yamayka və Hindistan köçkünləri ailəsinin 54 yaşlı qızı olan K.Harris ədalət, bərabərlik, düzgünlük uğrunda mübarizə aparmaq niyyətində olduğunu, rəsmi olaraq seçki kampaniyasına başladığını yanvarın 27-də Oklandda bəyan edəcəyini deyib.

“Gəlin bunu bir yerdə edək. Özümüz, övladlarımız, ölkəmiz üçün gəlin gələcəyimizə dəyişiklik edək”, - deyən K.Harris Hovard Universitetinin Politologiya fakültəsini, sonra Hastinqs Kollecinin Hüquq fakültəsini bitirib. Doktorluq dərəcəsini əldə etdikdən sonra dairə prokuroru köməkçisi işləyib, 2011-ci ildə Kaliforniya ştatının Baş prokuroru təyin olunub. 2016-ci ildə Kaliforniyadan Senata seçilən ilk qaradərili qadın olan Harris Prezident Donald Trampın immiqrasiya siyasətini tənqid etməklə diqqətləri çəkib.

2020-ci il üçün namizədliyini irəli sürən və yaxud bunu etmək istədiyini açıqlayanlar arasında Nyu-York ştatından senator Kirsten Gillibrand, Havaydan Nümayəndələr palatasının üzvü Tulsi Qabbard, San Antonio şəhərinin sabiq meri Xulian Kastro da var.

Hazırkı dövlət başçısı D.Tramp artıq 2020-ci ildə ikinci müddətə namizədliyini irəli sürəcəyini açıqlayıb.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2020-ci ilin noyabr ayında keçiriləcək. (Report)
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Özbəkistan və Almaniya miqrasiya sahəsində saziş imzalayıblar

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Ən çox oxunanalar