Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalq artistin əxlaqsız videodan yazdı: Kimin qeyrəti varsa...

"Mən deyəndə, bəziləri özlərinə sərf edən tərzdə məni qınadılar, linç etdilər. "Nə var burada", "nə oxuyub ki", "niyə qarışırsız", "mənə dəxli var" deyib keçdiyinizin əks-sədasıdır. Gözəl Çin atalar sözü var - Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igidsə bir ordunu məhv edir."

"İndi durub günahkar axtarıb, kimisə qurban vermək, artıq gec deyilmi?! Kökünü bəsləyib, üzə çıxan alaqları təmizləməyin nəticəsi olacaqmı?! Özü də biganənəliklə 31 Mart soyqırım müsibətimizi, faciəmizi andığımız bir gündə... Qadın adının məsuliyyəti kişi adının məsuliyətindən daha böyükdür. Bu kimi hallardan istifadə edənlər, gündəmə gətirənlər heç düşündülərmi nə etdilər?!"

PİA.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova İnstaqramda 3 qızın çılpaq videosu haqqında fikir bildirərkən deyib. Sənətkar bu barədə geniş rəy yazıb:

“Halları ikrah doğuranları qoyduq bir kənara, qardaşları-bacıları, valideynləri, qohumları, çevrələrində namuslu, qeyrətli kim varsa, hamısını gözükölgəli, başıqapazlı etdilər! Tək dərd budurmu, millət?! Sabah biz, millət olaraq, namusundan söz düşəndə oğullarımızın üzünə şillə kimi bu videonu çırpacaqlar ki, sənin "qadının" budur, sənin "kişin" budur, sənin "qeyrətin-namusun" budur! Di, qalxın bunun altından! İctimai qınaq, utanc PƏRDƏSİ aradan götürülüb artıq. Kim nə istədiyini etməməli idi, ETDİ! Nə düşündüyün dilinə gətirməməli idi, DEDİ! Açıq şəkildə kimsə əxlaqının alverini edəndə, söz sahibləri açıq-aşkar efir etikası pozulanda, bu yarğanlar çat olan vaxtlar deyəndə ki, olmaz, bu bayağılığı yığışdırın, nə qadına, nə kişiyə yaraşır, cəmiyyəti çirkləndirməyin, bir çoxları əməllərinə haqq qazandırıb üstümə yürüdülər və bunu əksəriyyətiniz görməzlikdən gəldiniz (söhbət nüfuz sahiblərindən gedir)! Bu gün biri öz dəyərini əlində qazandığı pulla ölçüb, qaval çalıb oynayanda, sabah ona baxıb başqası lüt soyunub salfetka ilə oynayacaqdı. Və oldu! Bunu görmək çoxmu çətin idi? Təəssüflər olsun ki, artıq ilmələr sökülüb. Baş prokurora, nazirlərə müraciət edilir. Nə günə qaldıq ki, nazir səviyyəsində, baş prokuror səviyyəsində, deputat səviyyəsində elementar ailə tərbiyəsi həll edilir. Hər gün şəhid qanı bunlara görəmi axıdırıq, hər gün analar bunlara görəmi qara geyinir? Bu olmamali idi, bunu yaşamamali idik, bu yerə çatdırmamalıydıq”.

pia.az


Etiket: Flora Kərimova

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Ən çox oxunanalar