Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çörək bu tarixdən bahalaşa bilər

"Azərbaycanda çörəyin qiymətinə təsir edən əsas amil təbii ki, buğdadır"..

Poliqon bildirir ki, bunu News24,az-a açıqlamasında iqtisadtçı-ekspert Natiq Cəfərli deyib.

Ekspert təsir edən amil olaraq buğdadan hazırlanan un və onun qiymətinin də olduğunu bildirib:

"Hələlik, buğda qiymətlərində ciddi bir bahalaşma yoxdur. Əksinə, dünya bazarında müəyyən ucuzlaşma da var. Ancaq Azərbaycanın daxilində qiymətə təsir edən spesifik məsələlər də var. Bu, əsasən, dizel yanacağının qiymətidir. Azərbaycanda son bir ayda dizel yanacğının qiyməti 20 % yüksəlib. Dizel yanacağının qiymətinin artması payızlıq buğdanın maya dəyərini yüksəldə bilər. Əgər, payızlıq buğdanın maya dəyəri bahalaşarsa, çörəyin qiyməti də bahalaşa bilər. Bu, prosesin yaxın zamanlarda deyil də, payız aylarında qışa yaxın baş vermə ehtimalı yüksəkdir".

Məsələ ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov isə yaxın aylarda çörəyin qiymətində bahalaşmanın olmayacağını deyib:

"Hazırda dünya bazarlarında buğdanın qiyməti, eyni zamanda da Azərbaycanın taxıl idxalı ilə bağlı strateji yanaşması imkan verir ki, yaxın aylarda çörəyin qiymətində hər hansısa bahalaşma olmasın".

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Çin ABŞ-ni Ukraynada sülhə nail olmağa çağırıb

1988-ci il iyununda kəndin 3 sakinini faciəli şəkildə öldürdülər - Qərbi Azərbaycan Xronikası

“Əcəmi”də "səs-küy" salan obyektlərlə bağlı tədbir görüldü - Video

Ən çox oxunanalar