Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ATƏT Müşahidə Missiyasının koordinatoru: Səsvermə prosesini müşahidə üçün əlverişli şərait yaradılıb

"Bu seçkidə ATƏT-ə üzv 20 ölkədən 55 nümayəndə müşahidəçi qismində təmsil olunur. Azərbaycanda Milli Məclisə bu gün keçirilən seçkilərdə istər təbliğat-təşviqat kampaniyası, istərsə də bugünkü səsvermə prosesini müşahidə üçün əlverişli şərait yaradılıb"...

APA xəbər verir ki, bu fikirləri ATƏT-in Qısamüddətli Seçki Müşahidə Missiyasının koordinatoru Maykl Krid jurnalistlərə bildirib.

O deyib ki, missiya işini tamamladıqdan sonra yekun nəticələr qurumun internet saytında yerləşdiriləcək:

"İlk növbədə onu deyim ki, Azərbaycan hökumətinin dəvəti ilə burada olmaqdan çox məmnunuq. Onu bildirmək istəyirəm ki, seçkiöncəsi dövrdə bütün siyasi partiyalara təbliğat və təşviqat kampaniyası üçün mükəmməl şərait yaradılmışdı. O cümlədən, həm vətəndaş cəmiyyəti nümayəndələrinin səsvermə prosesini müşahidə etməsi prosesi, həm də dairə və seçki komissiyalarının işi qanunvericiliyə uyğun olaraq təşkil edilib. Bu seçkidə ATƏT-dən 55 nümayəndə müşahidəçi qismində təmsil olunur. Onu qeyd etmək istəyirəm ki, seçki məntəqələrində ətraflı müşahidə apardıqdan sonra yekun hesabatımız rəsmi internet saytımız vasitəsilə ictimaiyyətə açıqlanacaq".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ən çox oxunanalar