Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalidə Kəngərlinin ailəsi onun ərindən şikayətçidir - Video

Tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin ölümü ilə bağlı yeni detallar məlum olub...

Həkimin qardaşı Elçin Vəliyevin məlumatına görə, hadisənin baş verdiyi gün - 2022-ci il iyunun 27-də səhər saat 05:54-də Xalidə Kəngərli qohumuna “WhatsApp” vasitəsilə 4 mesaj yazaraq sonradan silib. Səhər 09:18-də Xalidə Kəngərliyə silmiş olduğu SMS-lər barədə sual edən qohumuna cavabında o artıq bacarmadığını, yoldaşının yenə içdiyini, ona səhərə qədər işgəncə verərək ləyaqətini alçaltdığını deyib. Dəfələrlə başına vurulan zərbələrdən sağlamlıq halının pisləşdiyindən gileylənib.

Bundan əlavə yazıb ki, əri onu öldürəcək, uşaqlar yatıb, artıq geri dönüş yoxdur. Xalidə Kəngərli qohumuna yazdığı mesajda yoldaşının çox bic olduğunu deyib. Əlavə edib ki, gecə halı pis olub, ürəyi sıxılmağa başladığı an əri onun başının üstündə durub danışıb. Daha sonra yoldaşının içdiyini və yatdığını görüb, lakin Rüfət Kəngərlinin sonradan onu oyadaraq işgəncələr verdiyini bildirib.

Bundan əlavə, həkimin qardaşı Elçin Vəliyevin sözlərinə görə, cinayət işinin materiallarında Xalidə Kəngərlini onun ərinin özünü öldürmə həddinə çatdırması halını təsdiq edən çoxsaylı sübutlar var. Buna baxmayaraq, hazırkı ana qədər Rüfət Kəngərli qeyri-müəyyən səbəblərdən məsuliyyətə cəlb olunmayıb.

Vəkil Hikmət Əliyev isə Xalidə Kəngərlinin ölməsi faktına görə başlanan cinayət işinin hansı mərhələdə olması barədə məlumat verib.

Vəkilin sözlərinə görə, məşhur ginekoloqun iyunun 27-də saat 17:50-də yaşadığı mənzilin eyvanından özünü ataraq ölməsi faktına görə Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb. Kifayət qədər sübutlar olsa da, bu günə qədər təqsirli şəxs və ya şəxslər məsuliyyətə cəlb olunmayıblar.

H.Əliyev bildirib ki, ekspert əsassız rəy verdiyi üçün təkrar ekspertiza təyin edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Qadınlara qarşı amansızlığı ilə dünyanı silkələyən, 53 nəfərin qatili olan Andrey Çikatilo

Bəşər Əsəd Türkiyə ilə barışıq məsələsində irəliləyişin olmadığını açıqlayıb

Azərbaycan Premyer Liqası: "Sabah" evdə qələbə qazanıb

Qarabağ Universitetinin ilk qəbul ilinin göstəriciləri məlum oldu

Rusiya rəsmilərinə "Telegram"da yazışmaları silmək tapşırıldı

Ukraynanın bu vilayətlərində hava həyəcanı verildi

Ən çox oxunanalar