Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vladimir Putin: "Suriyada sülh naminə birgə çalışacağıq"

“İdlib məsələsinə dair 2018-ci il Soçi memorandumunda və əlavə protokolunda nəzərdə tutulan razılaşmaları yerinə yetirmək üçün türkiyəli dostlarımızla çalışmağa davam edirik”...

 

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Suriya münaqişəsinə dair Astana prosesinin bu gün keçirilən videokonfransında deyib.

Atəşkəsin tətbiqi ilə İdlib bölgəsində vəziyyətin xeyli sabitləşdiyini dilə gətirən Rusiya lideri hazırkı koronavirus epidemiyası dövründə Suriyada humanitar məcradakı səyləri əlaqələndirməyin daha böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

V.Putinin sözlərinə görə, görüş üçün hazırlanmış birgə bəyanat layihəsində Suriyada gələcək fəaliyyətə dair hər üç ölkənin mövqeləri əks olunur:

“Məsələn, terrorçu qruplarının tam olaraq məhv edilməsi, həmçinin BMT vasitəsilə suriyalılar tərəfindən aparılan sülh prosesinin inkişaf etdirilməsi üçün qarşılıqlı səylər göstərmək nəzərdə tutulur. Rusiya tərəfinin də dəstəklədiyi bu sənəd Suriyada həqiqi möhkəm sülh və sabitliyin bərqərar olması naminə Astana prosesinin zəmanətçiləri kimi Rusiya, İran və Türkiyənin birgə çalışmaq əzmini ifadə edir”.

pia.az


Etiket: Vladimir Putin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Ən çox oxunanalar