Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəzifədən uzaqlaşdırılan Rəşadət Babayev Məşhur YAP-çının qohumudur

Nazirin vəzifədən azad etdiyi polkovnik məşhur YAP-çının bacısı oğludur...

Bakı Şəhər Dövlət Yol Polisi (BDYPİ) İdarəsinin işdən çıxarılan Alay komandiri polkovnik Rəşadət Babayev Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, “91”lərdən olan məşhur deputat Eldar İbrahimovun qohumudr.

Yenisabah.az xəbər verir ki, keçmiş Alay komandiri deputatın bacısı oğludur.

Rəşadət Babayev Alay komandiri olmaqla yanaşı BDYPİ-nin rəis müavini vəzifəsində çalışırdı. Ötən ilin oktyabrında Daxili İşlər naziri Vilayət Eyvazov onu rəis müavini vəzifəsindən çıxarsa da, Rəşad Babayev Alay komandiri kimi fəaliyyətini davam etdirirdi.

Onun bu vəzifədən də azad edilməsi BDYPİ-dəki qanunsuzluqlarla bağlıdır. Yayıla məlumatlarda bildirilir ki, BDYPİ-də aparılan yoxlamalar zamanı idarə rəisi və Alay komandirinin tapşırığı ilə bir nəfər mülki şəxsin kameralara nəzarət etməsi, əsasən firma maşınları ilə bağlı “əməliyyatlar” keçirməsi, onların aylıq pul ödəməsi faktı da ortaya çıxıb.

Müəyyən edilib ki, Axundov Asim Nazim oğlu adlı həmin şəxs aylıq pul ödəyən avtomobillərin işinə nəzarət edirmiş. Bununla bağlı özünün qeydlər, rəislər üçün hazırladığı hesabat kitabı varmış. Həmin “qara bloknot” yoxlama zamanı ələ keçirilərək, araşdırmaya təqdim olunub.

Güman edilir ki, “qara bloknot” daha bir neçə nəfərin işdən çıxarılmasına səbəb olacaq.

Xatırladaq ki, BDYPİ-nin rəisi Nuşirəvan Səfərov bir neçə gün əvvəl vəzifəsindən azad edilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Paytaxt sakinlərindən Şəhriyar Məmmədyarovun qadınlarla bağlı qalmaqal yaradan fikirlərinə reaksiya

Polkovnik-leytenant arvadının kotteclərini satıb ziyanı ödəmək istəyir

Dəhşətli istilər gəlir: Temperatur 43 dərəcəyə yüksələcək

Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib?

Çingiz Əhmədov Şəhriyar Məmmədyarovu dəstəklədi: "Bütün sahələrdə kişilər öndədirlər"

Ağdam sakini Şəkidə ov tüfəngi ilə özünü öldürüb

Bakıda türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib

Norveç, İrlandiya və İspaniya Fələstini suveren ölkə kimi tanıyıb

Ərdoğan: “İsrail Qəzzada dayandırılmasa, dünya yeni münaqişələrlə üzləşəcək”

Ən çox oxunanalar