Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətən müharibəsindən bəhs edən filmin işçi materialını yayanlar məhkəməyə verilə bilər

Xalq artisti Vaqif Mustafayevin Vətən müharibəsindən bəhs etdiyi “Həyat, deyəsən, gözəldir” filminin işçi materialı yayılıb.

Ötən gün bununla bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, hazırda bu istiqamətdə araşdırma gedir.

Sözügedən mövzu ilə bağlı “Azərbaycanfilm” kinostudiyasının mətbuat katibi Ramil Ələkbərov APA-nın sorğusuna cavab olaraq bildirib ki, filmin sosial şəbəkədə yayımının qarşısı alınıb və şəbəkədən sildirilib.

“Amma həmin pirat nüsxənin ilk olaraq kim və ya kimlər tərəfindən yayıldığı məlum deyil, bu istiqamətdə işlər aparılır. İstənilən halda, bu, əməyə hörmətsizlikdir. Əgər bu istiqamətdə vəziyyət gərginləşərsə, əlbəttə, istehsalçının, hüquq sahibinin öz hüququndan istifadə etmək məsələsi yarana bilər və məhkəməyə müraciət edilə bilər. Əlbəttə, hazırkı vəziyyət özü bizi məyus edir. Çünki bizim mühitdə əməyə hörmətin, mülkiyyət və müəlliflik hüququnun sayğının səviyyəsi artmalıdır. Bu isə mədəni səviyyədən xəbər verir”, - o deyib.

pia.az 


Etiket: Məhkəmə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ən çox oxunanalar