Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vergi islahatı qiymətlərin artımına səbəb olacaqsa, bu dəyişikliklərin hansı müsbət tərəfləri var?

Sabiq nazir: “Dövlətin əsas hədəfi qeyri-neft sektorunda daha sürətli inkişaf əldə etməkdir”

“Qiyməti artan mallar insanların əsas tələbat məhsulları deyil. Əslində bu mallara qarşı aksiz vergisinin artması ölkə xəzinəsinə kifayət qədər vəsait gətirməklə yanaşı, alkoqollu içkilərə və ya tütün məmulatlarının daha az istehsal olunmasına şərait yaradacaq”.

Bu sözləri Vergilər Məcəlləsinə edilən dəyişiklikləri şərh edərkən sabiq maliyyə naziri Fikrət Yusifov PİA.AZ-a açıqlamasında qeyd edib.

Ötən həftə Milli Məclis vergi məcəlləsinə dəyişikliklər edib. Dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aylıq əməkhaqqı 8000 manata qədər olduqda 0% səviyyəsində, əməkhaqqı 8000 manatdan çox olduqda isə 8000 manatdan çox olan məbləğin 14%-i qədər müəyyənləşdirilir. Yeni yanaşmanın gələn il yanvarın 1-dən 7 il müddətində tətbiqi nəzərdə tutulur.

Milli Məclisin parlament sədri Oqtay Əsədov isə vergi məcəlləsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı vergilər nazirliyinin inqilabi islahatlar həyata keçirdiyini qeyd edib. O, eyni zamanda islahatların mərhələli şəkildə aparıldığını da vurğulayıb. Bəzi ekspertlərə görə, bu dəyişikliklər avtomobillərin, içkilərin və siqaretin qiymətlərinin xeyli artmasına səbəb olacaq. Eyni zamanda ölkədə bir çox istehlak mallarının qiymətində də müəyyən artımların baş verəcəyi istisna olunmur.

Lakin bir çox iqtisadi ekspertlər vergi islahatlarının ölkədə bahalaşmağa səbəb olacağını vurğulayıblar. Misal üçün, iqtisadçı ekspert Rövşən Ağayev Vergilər Məcəlləsinə edilən dəyişiklikləri şərh edərkən bildirib ki, yeni dəyişikliklər kəndlilərin üzərinə ağır vergilər qoyub. Belə ki, ekspertin fikrincə, torpaq satışına görə vergi yükləri xeyli artıb.

Həmçinin yeni dəyişikliklər avtomobillərin, spirtıi işkilərin, siqarətin qiymətinin kəskin artımına səbə olacaq. Dəyişikliyə əsasən Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artılır.

Sənəddə o da bildirilir ki, Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilər, siqarlar, elektron siqaretlər aksiz vergisinə cəlb edilir. Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3, siqarların, o cümlədən ucları kəsilən siqarların hər bir ədədinə 1, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tutulacaq. Tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədindən tutulan 12 manat aksiz vergisi 20 manata qaldırılacaq. Bu mallara görə asksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin hasilinə tətbiq edilməklə hesablanır.

Ticarət fəaliyyəti ilə məşğul olanlar üçün 6%-lik sadələşdirilmiş vergi ləğv olunduğundan, ölkədə bir çox istehlak mallarının qiymətində müəyyən artımların baş verəcəyini də ekspertlər istisna etmir.

Əgər vergi məcəlləsinə olunan dəyişikliklər qiymətlərin artımına səbəb olarsa, bu vergi islahatının hansı müsbət tərəfləri var və dəyişikliklər kiçik və orta biznes başda olmaqla, ölkə iqtisadiyyatına, o cümlədən, vətəndaşların rifahına necə təsirlər göstərəcək?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, sabiq maliyyə naziri Fikrət Yusifovun fikirlərini öyrənib.

Fikrət Yusifov: “Qeyri-leqal fəaliyyət göstərən şəxslərin azalması üçün vergi yükünü azaltmaq lazımdır”.

Vergi məcəlləsinə edilən dəyişikliyin insanların əsas tələbatları olan məhsulların qiymətində mənfi təsir etməyəcəyini qeyd edən sabiq maliyyə naziri Fikrət Yusifova görə, alkoqol və tütn məmulatlarının qiymətinin bahalaşması isə müsbət hal sayıla bilər:

“Öncəliklə qeyd edim ki, parlamentə təqdim olunan vergi məcəlləsində 250-ə qədər ardıcıl dəyişikliklərin aparılması nəzərdə tutulub. Bu dəyişikliklər barədə mətbuatda bir çox məlumatlar yazılıb. Lakin bəzi detallar var ki, onlar barədə oxucular çox da məlumatlı deyillər.

Bütövlükdə bu dəyişikliklərin fəlsəfəsi ondan ibarətdir ki, vergi ödəyicilərinin vergi yükü azaldılsın. Bu hesabata əsasən başlıca məqsəd kölgə iqtisadiyyatından qurtulmaqdır. Hesab edirəm ki, bu addım hökumət tərəfindən atılan analoqu olmayan bir addım deyil.

Əslində bu addım zaman-zaman bir çox ölkələrdə atılıb. Yəni, öz iqtisadiyyatlarının inkişaflarının başlanğıc mərhələsində bu yolu keçiblər. Vergi yükünün müəyyən bir həddi var. İqtisadi nəzəriyyədə də bu hədd müəyyən olunub. Vergi yükünün çox olması ödəyicinin müxtəlif yollarla vergidən yayınmasına səbəb olur.

Hökümət bu yayınma hallarının az olmasına çalışsa da, qarşısını almaqda çətinlik yaşayır. Ona görə də vəziyyətin aradan qaldırılması üçün vergi yükünü azaltmaq vacibdir. Vergi yükü azaldıqda vergilərin sayı çoxalır. Çünki heç kim qeyri-leqallığın tərəfdarı ola bilməz. Məlumdur ki, bu cür fəaliyyətin sonu olmur və nəticə etibarilə cinayət işi belə açıla bilər. Bu baxımdan qeyri-leqal fəaliyyət göstərən şəxslərin də azalması üçün vergi yükünü azaltmaq lazımdır. Vergi yükü az olduqda ödəyicilərin sayı artır və dövlətin xəzinəsinə daha çox vəsait yerləşdirmək mümkün olur.

Fikrət Yusifov: “Bütövlükdə bu dəyişikliklərin fəlsəfəsi ondan ibarətdir ki, vergi ödəyicilərinin vergi yükü azaldılsın. Bu hesabata əsasən başlıca məqsəd kölgə iqtisadiyyatından qurtulmaqdır”.

Aksiz vergilərin artmasına gəlincə, dünyanın bütün ölkələrində bu hal mövcuddur. Qiyməti artan mallar insanların əsas tələbat məhsulları deyil. Əslində bu mallara qarşı aksiz vergisinin artması ölkə xəzinəsinə kifayət qədər vəsait gətirməklə yanaşı, alkoqollu içkilərə və ya tütün məmulatlarının daha az istehsal olunmasına şərait yaradacaq. Vergi məcəlləsinə edilən dəyişikliklərin digər məhsulların qiymətinə heç bir mənfi təsiri olmayacaq. Dövlətin əsas hədəfi qeyri-neft sektorunda daha sürətli inkişaf əldə etməkdir.

Neft-qaz sektoru istisna olmaqla, kiçik və ya orta bizneslə məşğul olan vətəndaş şərti desək, 1000 manat əmək haqqı alırsa, yaşayış minimumu olan 173 manat çıxılır və qalan əmək haqqına 14% gəlir vergisi tətbiq edilir. Ödənilən 14%-lik gəlir vergisi isə 115 manat 80 qəpik təşkil edir. Lakin gələn il yanvar ayının 1-dən bu vətəndaş 8000 manata qədər əmək haqqından sıfır faiz vergi ödəyəcək. Yəni, vergi ödəməyəcək.

İndiki vəziyyətdə işçi sosial sığortaya 1000 manatdan 30 manat, həmkarlar təşkilatına 20 manat, işsizlikdən sığortaya görə 5 manat ödəniş edir. Ancaq gələn aydan gəlir vergisini ödəməyəcək, sosial sığortaya 1000 manatlıq əmək haqqından 200 manata qədər 6 manat, 200 manatdan yuxarı olduqda isə 10%-lik ödəniş edəcək.

Həmkarlar təşkilatı və işsizlikdən sığorta isə dəyişmir. Bu misal onu göstərir ki, dəyişikliklər işçinin xeyrinə olacaq”.

Gülşən ŞƏRİF
pia.az


Etiket: Vergi islahatı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Ən çox oxunanalar