Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəhşicəsinə öldürülən “Emin 444”ün anası fəryad etdi – Video

Məlum olduğu kimi, iyunun 1-də kriminal aləmdə “Emin 444” kimi tanınan Emin Səfərovun qətlinə görə həbs edilən şəxslər hakim qarşısına çıxarılıb...

Bakı Ağır Cinayətlər Məhkəməsində qətli törətməkdə təqsirli bilinən Həsən Tağıyev və Zaur Yusifovun cinayət işi üzrə məhkəmə araşdırmasına başlanıb.
Lakin məhkəmənin ilk günündən gərginlik yaşanıb, təqsirləndirilən şəxslərin adamları zərər çəkmiş tərəfə hücum ediblər, təhdid etməyə, hədə-qorxu gəlməyə başlayıblar.

Məhkəmədən sonra mərhumun anası Məlahət Səfərova jurnalistlərə açıqlamasında bildirib ki, oğlu 1 il, 26 gündür dünyasını dəyişib.

Onun sözlərinə görə, məhkəmədə heç bir səs-küy qoparmadan sakit şəkildə iştirak edib, prosesi izləyib, məhkəməni axıra qədər dinləyib.

“Lakin bayırda dəhşətli faciə ilə rastlaşdım. Mən oğlumun qatillərinin üstünə kütləni daşımaq əvəzinə, Eminin ölümündə birinci dərəcəli barmağı olan Əli adlı adam hər yerdən üstümə adam tökdü, az qalırdılar məni vursunlar.

Oğlumun qatili olan və azadlıqda gəzən Əli üstümə qışqırırdı ki, səni də öldürəcəm. Mən buradan səslənirəm ki, Əli oğlumu öldürüb, məni öldürə bilməyəcək.

Mən məhkəməyə tək getmişdim, onlar kimi ordan-burdan adam yığıb aparmamışdım, heç kimə də ehtiyacım yox idi”, -deyə M.Səfərova bəyan edib.
E.Səfərovun anası qeyd edib ki, Zaur Yusifov və digərləri oğlunu öldürüblər: “Mənə xəbər veriləndə həmin an hadisə yerinə getdim. Orada iki bıçaq olub, həmin bıçaqları müstəntiq Elnur müəlimə öz əllərimlə təqdim etmişəm.

Ondan sonra həmin vaxt baş prokuror olan Zakir Qaralovun və müavini Rüstəm Usubovun qəbuluna getmişəm. Ancaq bu iş üzrə cəmi iki nəfər həbs edilib”.

Oğlu öldürülən ana qeyd edib ki, qətlin gerçək səbəbini bilmir: “Oğlumu niyə öldürüblər bilmirəm, Emin bu sirri özü ilə apardı.

Amma Əli və adamları Eminə hər dəfə deyirmişlər ki, sən türmədən çıxansan. Türmədən çıxıb, sizə nə edib? Uşağı bu sözlərlə hirsləndirirdilər, özündən çıxarırdılar”.

M.Səfərova bildirib ki, onun tələbi bu cinayət işi üzrə təkcə Zaur və Həsənin həbsi ilə məsələnin ört-basdır edilməməsidir:

“Oğluma 78 bıçaq vurulub. Onun 68 zərbəsini Zaur vurub. Bu Zaur Miqrasiya Xidmətində çalışıb, sonra məktəbdə işləyib, məşhur sələmçi idi, faizə pul verirdi. Bu iş üzrə yalnız Zaur və Həsən həbs edilib.

Ancaq qətldə əli və iştirakı olanlar, başda Əli olmaqla hamısı azadlıqda gəzir. Oğlumu aparan Əli olub. İndi özünə bəraət qazandırır ki, guya hadisə günü içkili olub, heç nə bilmir. Görün necə yalan danışır”.
M.Səfərova inanır ki, yeni Baş Prokuror Kamran Əliyev bu işi nəzarətinə götürəcək, oğlunun qətli ilə bağlı istintaq təzədən aparılacaq:

“Yoldaş Kamran Əliyev, sizdən xahiş edirəm, sizə inanıram. Bu məsələyə diqqət ayıracağınıza, istintaqın obyektiv aparılması üçün tapşırıq verəcəyinizə güvənirəm”.

Mərhumun anası ölkə rəhbərliyinə müraciət edib: “Mən İlham Əliyevə və Mehriban Əliyevaya üz tuturam. Onlar alicənab insanlardırlar, bu ölkədə cinayətkarların azadlıqda gəzməsinə göz yummazlar.

Mən bir ana kimi fəryad edirəm, imdad diləyirəm, kömək istəyirəm. Hörmətli Mehriban xanım, oğlumun qətlində iştirakı olanların hər birinin həbsə göndərilməsi üçün düzgün istintaq aparılmasında dəstək verməyinizi xahiş edirəm”.(reportyor.info)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Paris-2024: Azərbaycan güləşçisi bürünc mükafat uğrunda görüşdə uduzub

Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib    

Ən çox oxunanalar