Çərşənbə, 29 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vəhşi meyvələr insanların nəyinə lazımdır?” – Bu da deputatın açıqlaması

Milli Məclisin deputatı Elmira Axundova Nazirlər Kabinetinin Azərbaycanda meşələrdə bəzi meyvələrin yığılmasının qadağan edilməsi barədə qərarına dəstək verdiyini söyləyib

Bir qədər əvvəl oğlunun adı milyonluq dələduzluq qalmaqalında hallanan deputat demokrat.az-a açıqlamasında insanları vəhşilikdə ttiham edib: “Novruz müəllim Məmmədov xalq içindən çıxmış adamdır, o heç zaman camaata qarşı olan addım atmaz. Hörmətli baş nazirimiz xalqı düşünən adamdır. Onun bu addımı da insanları düşünməyindən irəli gəlir. İnsanlar bəzən meşələrdə bitən ağaclardan meyvə dərən zaman vəhşicəsinə onun budağını kəsirlər, təbiətimizə böyük zərər vururlar. Belə etmək olmaz. Axı meşədə bitən vəhşi meyvələr insanların nəyinə lazımdır? Meyvəni istifadə etmək olar, daha bunu vəhşicəsinə dərmək yolverilməzdir. Mən gözümlə görmüşəm, rayonlara gedəndə yol kənarlarında qoz satırlar. Həmin qozları budaqları ilə bərabər dərirlər. Uşaqlar meşədə bitən qoz ağaclarının üzərinə çıxıb onun budaqlarını kəsirlər, sonra da qozu, fındığı aparıb satırlar. Bir qoz ağacı neçə ilə bar verir. Bunu belə etmək olmaz axı! Ona görə də mən Nazirlər Kabinetinin bu qərarını dəstəkləyirəm”.

Deputat bubunla da kifayətlənməyib, Bakıda ağacların qırılmasına görə də, sadə insanları günahkar çıxarıb: “Yadınıza gəlirsə, “Göygöl” milli markı istifadəyə veriləndə insanlarımız oranı çox pis vəziyyətə salmışdılar. İnsanlarımızda təbiətə etinasız münasibət var. Belə davam etsə, bir müddətdən sonra Bakıda hava almaq mümkün olmayacaq. Bu gün Bakıda hava qıtlığı mövcuddur. Bütün bunların səbəbi insanların təbiətə olan mənfi münasibətidir. Axı nə qədər ağac qırmaq olar? Bu gün Bakıda yaşıllıq qalmayıb, ağacları kəsirlər. Nəticədə iqlim də dəyişir. Təbiət bizdən qisas alır”.

Bu da mandatı xalqdan aldığını iddia edən deputatın açıqlaması. Şərhə ehtiyac varmı?

pia.az


Etiket: Elmira Axundova

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?..

Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat yayıb

Sabiq nazirin oğlu sədr müavini təyin olunub    

Köç karvanı Xocalıya çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib - Yenilənib

Qaçırılaraq təcavüz edilmiş qızın ailəsi 3 milyon yarım tələb etdi - Ağır cəza verildi

Laçında 36 milyonluq layihənin icrasına başlanılır

Ukrayna ordusu Krasnodara Qərb silahları ilə zərbələr endirib

2036-cı il Yay Olimpiya Oyunlarının məkanı bəlli oldu

Müdafiə Nazirliyinin generalı istefaya göndərilib - Yenilənib

Rusiya Xankəndində konsulluq açmaq istəyir... - Bu erməniləri Qarabağa qaytarmaq üçün yeni bir cəhddir?

Bakıda Britaniya layihəsinin tətbiqi uğurla davam edir

Tramp Moskva və Pekini bombalayacağını vəd edib

Ən çox oxunanalar