Cümə, 21 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN-də fövqəladə hallar könüllülərinin təltifetmə mərasimi keçirilib - Video

29 may 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin inzibati binasının akt zalında fövqəladə hallar könüllülərinə sertifikatların təltifetmə mərasimi keçirilib...

Poliqon FHN-ə istinadən xəbər verir ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin müvafiq vəzifəli əməkdaşları, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev və fövqəladə hallar könüllüləri iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə, əvvəlcə “Fövqəladə Hallar Könüllüləri” proqramından bəhs edən videoçarx nümayiş olunub.

Sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov tədbirdə çıxış edib. Nazir könüllülük hərəkatının ölkəmizdə başlanmasının və inkişafının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Bildirib ki, Ümummilli Liderin Azərbaycanda rəhbərliyinin ilk illərindən etibarən insan amilinə verilən dəyər, gənclərə göstərilən qayğı, təhsildə və ictimai işlərdə fərqlənən gənclərin yüksək vəzifələrə irəli çəkilməsi, onların inkişafı üçün hərtərəfli şəraitin yaradılması həm də könüllülük hərəkatının başlanmasına və sonrakı illərdə inkişafına təkan verib.

Ulu Öndərin mütərəqqi siyasətini bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında ölkəmizin misilsiz tarixi nailiyyətlərə imza atdığını qeyd edən K.Heydərov, bu gün Azərbaycanda gənclərin inkişafı, onların potensialından səmərəli istifadə və könüllülük fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını, bu istiqamətdə zəruri hüquqi bazanın formalaşdırıldığını diqqətə çatdırıb.

Nazir gənclərə daim qayğı ilə yanaşan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi, o cümlədən könüllülük fəaliyyətinin təşəkkül tapmasında göstərdiyi böyük xidmətləri və reallaşdırdığı layihələrin əhəmiyyətini xüsusi vurğulayıb.

Ölkəmizdə könüllü təşkilatlarının təşəkkül tapması və inkişafı istiqamətində görülən səmərəli işlərin nəticəsi kimi, artıq Fövqəladə Hallar Könüllüləri proqramının formalaşdığını qeyd edən nazir, könüllülərin ötən müddət ərzində müxtəlif istiqamətlər üzrə nəzəri və praktiki təlimlərə cəlb olunaraq yanğın təhlükəsizliyi, mülki müdafiə, maarifləndirmə, ilkin yardım və digər istiqamətlər üzrə geniş təcrübə qazandıqlarını qeyd edib.

K.Heydərov çıxışının sonunda bu humanist təşəbbüsün davamı olaraq “Fövqəladə Hallar Könüllüləri” proqramı çərçivəsində növbəti qrup könüllülərin artıq seçildiyini diqqətə çatdırıb, fövqəladə hallar sahəsində praktik vərdişlərə həvəslə yiyələnən, eyni zamanda müsabiqədə uğur qazanan fövqəladə hallar könüllülərini təbrik edib, onların ölkə əhalisinin və ərazilərinin fövqəladə hallardan etibarlı şəkildə qorunmasını ali məqsədi hesab edən Fövqəladə Hallar Nazirliyinin fəaliyyətində yaxından iştirak edəcəklərinə əminliyini bildirib.

Sonra çıxış edən Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev ölkəmizdə könüllülük fəaliyyətinin təşəkkül tapmasından, bu çərçivədə Fövqəladə Hallar Könüllüləri proqramının qısa müddətdə ciddi uğurlara imza atmasından danışıb, konüllülərin fəaliyyətinin təqdirəlayiq olduğunu vurğulayıb.

Mərasimdə fövqəladə hallar könüllülərinin təmsilçiləri – Nəzirə Rəhimli və Arif Aslanov onların bilik və bacarıqlarının reallaşdrılması üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda könüllülərə sertifikatlar təqdim olunub, proqramı uğurla başa vuran könüllülər estafeti müsabiqədən uğurla keçmiş növbəti qrup könüllülərə ötürüblər.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Talıb toyuna ən çox pul yazdıran şəxsi açıqladı

Ruslan Əliyev Şeyxin villasına cərimə yazan “Azəriqaz” əməkdaşlarını işdən çıxarıb?

Ən çox qohum evliliyi olan rayonlar hansılardır?

 AVRO-2024: Sloveniya - Serbiya matçında qalib müəyyənləşməyib - Yenilənib

“Araz” market bakteriyalı dondurmaları endirimlə satışa çıxardı - Foto

Hakim partiya yeni parlament seçkilərinin keçirilməsini tələb edir

Çəkilişə gedirdi, fırtınaya düşdü - "Dəhşətdir"

Bakının restoran biznesində ən çox gəlir gətirən rayonları - Siyahı

Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir

Ən çox oxunanalar